Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq müzakirə olunub
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 14-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştaynerlə görüşüb.
Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Bakıda keçirilən COP29-un iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayacağına əminlik ifadə olunub.
Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması istiqamətində işbirliyi, birgə həyata keçirilən layihələr nəzərdən keçirilib, ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq müzakirə olunub
15 Noyabr 2024 10:04
Azərbaycanla Beynəlxalq Miqrasiya Təşkilatı arasında tərəfdaşlıq müzakirə olunub FOTO
13 Noyabr 2024 21:33
Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq müzakirə olundu
23 Dekabr 2024 16:08
Baxış sayı:131
Bu xəbər 15 Noyabr 2024 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















