Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq müzakirə olunub
Icma.az xəbər verir, Operativmedia saytına əsaslanaraq.
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 14-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştaynerlə görüşüb.
Bu barədə "Operativ Media"ya Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Bakıda keçirilən COP29-un iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayacağına əminlik ifadə olunub.
Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması istiqamətində işbirliyi, birgə həyata keçirilən layihələr nəzərdən keçirilib, ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.

Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq müzakirə olunub
15 Noyabr 2024 10:00
Azərbaycanla Beynəlxalq Miqrasiya Təşkilatı arasında tərəfdaşlıq müzakirə olunub FOTO
13 Noyabr 2024 21:33
Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq müzakirə olundu
23 Dekabr 2024 16:08

