Icma.az
close
up
RU
Azərbaycanlı ailə Rusiya vətəndaşlığından məhrum edildi

Azərbaycanlı ailə Rusiya vətəndaşlığından məhrum edildi

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Altay diyarında Azərbaycan əsilli nikahlı cütlük Rusiya pasportu alsa da, onların ruhən rusiyalı olmaq niyyəti olmayıb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, iddialara görə, guya onlar mütəmadi olaraq öz həmvətənlərini öz evlərinə toplayır, gündəlik mövzularda söhbətlərində azərbaycanlıların digər millətlərdən üstünlüyünü qeyd etməyi də unutmur, həm də bölgədə yalnız öz vətənindən olan insanların yaşayacağı anklavlar yaratmaq xəyallarına can atıblar.

Bundan əlavə, yeni ruslar hüquq-mühafizə orqanları ilə açıq qarşıdurmaya çağırıblar.

“Müəyyən edilib ki, 38 yaşlı kişi və onun 37 yaşlı həyat yoldaşı cəmiyyətdə siyasi və sosial sabitliyə mənfi təsir göstərən hərəkətlər ediblər ki, bu da Rusiya Federasiyasının vətəndaşlığına xitam verilməsi üçün əsasdır”, - Altay diyarı üzrə Federal Təhlükəsizlik  Xidmətindən bildiriblər.

Digər iddiaya görə, ər-arvad Rusiyada spirt tərkibli məhsulların qanunsuz dövriyyəsinə görə dəfələrlə cinayət məsuliyyətinə cəlb olunublar.

Bundan başqa iddia edilir ki, yanvarın 15-də Barnaul şəhərindəki 126 saylı məktəbdə onların 15 yaşlı oğlu 14 yaşlı qızı bıçaqla hədələyib. İstintaq Komitəsi bu hadisə ilə bağlı “Xuliqanlıq” maddəsi ilə cinayət işi açıb, yeniyetmə özü əvvəlcə istintaq təcridxanasına göndərilib, daha sonra isə həbs-qətimkan tədbiri ev dustaqlığı ilə dəyişdirilib.

Zərərçəkmiş qızın anasının sözlərinə görə, əcnəbi olan 9-cu sinif şagirdi digər şagirdlərə və hətta müəllimlərə qarşı dəfələrlə fiziki və psixoloji zorakılıq tətbiq edib. Onun sözlərinə görə, yeniyetmə yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin qeydiyyatındadır, lakin buna baxmayaraq, zorakılığın davranışı dəyişmir.

Beləliklə, Altay diyarı Federal Təhlükəsizlik Xidmətinin məlumatları əsasında azərbaycanlı ailə Rusiya vətəndaşlığından məhrum edilib. 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 İyun 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri