Icma.az
close
up
RU
Azərbaycanlı qardaşlar Rusiya vətəndaşlığından məhrum edildi

Azərbaycanlı qardaşlar Rusiya vətəndaşlığından məhrum edildi

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstanda doğulan və etnik azərbaycanlı olan 36 yaşlı Əliyev Sahil Balam oğlu və onun 38 yaşlı qardaşı Elvir vaxtilə Rusiya vətəndaşlığı alıblar. 

Lent.az-ın Rusiya KİV-nə istinadla xəbərinə görə, qardaşlar Kaluqa vilayətinin Babınino kəndində uzun müddət gərgin vəziyyət yaradıb.

Bildirilir ki, Əliyevlər müxtəlif ağırlıqdakı cinayətlərə görə dəfələrlə cinayət məsuliyyətinə cəlb ediliblər: döyülmə, sənədlərin saxtalaşdırılması və əcnəbilərin qondarma qeydiyyatı. Üstəlik, qardaşlar Rusiyada qadağan edilmiş “AUE” hərəkatının - kriminal dünya dəyərlərinin gənclər arasında yayılması ideologiyasını qəbul edərək onu yerli gənclər arasında fəal şəkildə təbliğ ediblər.

Bundan başqa, iddialara görə, azərbaycanlı qardaşlar Rusiyada qadağan olunmuş cinayətkar hərəkatları dəstəkləyib, həmçinin azərbaycanlı etnik qrupun üstünlüyü ideyalarını təbliğ edib, gəncləri rusdilli əhaliyə qarşı yönəldiriblər.

Bundan əlavə, daha bir iddiaya görə, Elvir və Sahil yerli əhaliyə qarşı iyrənc münasibətlərini gizlətməyib, aqressiv məqsədlərini və Rusiyada etnik anklavlar yaratdıqlarını açıq şəkildə bəyan ediblər. Onların Ukraynadakı müharibə ilə bağlı rüsvayçı bəyanatları ağılın bütün sərhədlərini aşıb: Əliyevlər rus əsgərlərinin ölümünü dəstəkləyib, onların həlak olan həmvətənlərini ələ salıblar.

Çoxsaylı şikayətlərə və cinayət işlərinə baxmayaraq, qardaşlar uzun müddət ciddi cəzadan yayına biliblər. Guya Əliyevlər onların qanunsuz fəaliyyətlərini işıqlandıran jurnalistlərə qarşı iddialar irəli sürüblər. 

Məlumatda qeyd edilir ki, azərbaycanlı qardaşlar məhz bu səbəblərə görə Rusiya vətəndaşlığından məhrum ediliblər.

Hazırda Elvir və Sahil hüquq-mühafizə orqanlarının nəzarətindədir. Onlara müəyyən müddət ərzində Rusiyanı tərk etmək əmri verilib.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 İyun 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri