Azərbaycanlı alim “Scientific Reports”un beynəlxalq rəyçi sertifikatına layiq görülüb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 2 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev “Scientific Reports” jurnalı tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a Aşqarlar Kimyası İnstitutundan məlumat verilib. Bildirilib ki, akademik Vaqif Fərzəliyev 2025-ci ildə jurnaldan göndərilən əlyazmaya rəy yazmaqla bu nəşrin beynəlxalq bazalarda mövqeyinin möhkəmlənməsi, nüfuzunun artırılması və elmmetrik göstəricilərinin yüksəldilməsinə verdiyi töhfələrə görə sertifikatla təltif olunub.
Məlumat üçün bildirək ki, impakt faktoru 3,9, beşillik təsir faktoru isə 4,9 olan “Scientific Reports” təbiət elmləri, tibb və mühəndisliyin geniş spektrinə diqqət yetirən, “Nature Research” tərəfindən nəşr olunan çoxsahəli, açıq girişli jurnaldır. “Journal Citation Reports”a əsasən, Q1 kateqoriyalı jurnaldır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 02 Sentyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















