İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı beynəlxalq jurnalın rəyçi sertifikatına layiq görülüb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 17 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi dosent Şəfəqət Mahmudova “Open Computer Science” jurnalı tərəfindən rəyçi sertifikatına layiq görülüb. Redaksiya heyəti jurnalın elmi keyfiyyətinin yüksəldilməsinə verdiyi töhfəyə görə dosent Ş.Mahmudovanın fəaliyyətini yüksək qiymətləndirib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Dünyanın “Scopus” və “Web of Science” kimi məşhur verilənlər bazaları tərəfindən indeksləşən “Open Computer Science” jurnalı alqoritmlər nəzəriyyəsi, süni intellekt, maşın təlimi, bioinformatika, şəbəkə və təhlükəsizlik sistemləri, proqramlaşdırma dilləri, proqram mühəndisliyi, qeyri-səlis məntiq, kompüter elminin nəzər əsasları kimi istiqamətlərdə mühüm tədqiqat nəticələrini təqdim edir.
Bu jurnal, həmçinin “Inspec”, “CNKI”, DBLP, “DOAJ”, “EBSCO”, “Google Scholar” və digər beynəlxalq bazalarda indeksləşir və referatlaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 17 Oktyabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















