Icma.az
close
up
RU
Azərbaycanlı alpinist: Əsas missiyamız bayrağımızı Cənubi Amerikanın ən yüksək zirvəsində dalğalandırmaq idi MÜSAHİBƏ

Azərbaycanlı alpinist: Əsas missiyamız bayrağımızı Cənubi Amerikanın ən yüksək zirvəsində dalğalandırmaq idi MÜSAHİBƏ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 27 yanvar, Aynur Əlixanlı, AZƏRTAC

Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquaya (6962 metr) texniki dırmanış edən Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova AZƏRTAC-ın suallarını cavablayıb. Həmin müsahibəni təqdim edirik.

- Maraqlıdır, Akonkaqua zirvəsinə qalxmaq ideyası necə yarandı?

- Mən artıq 15 ildir alpinizmlə məşğulam. Alpinizmdə “7 qitənin ən yüksək zirvələri” anlayışı var və Akonkaqua da həmin siyahıya daxildir. Bu səbəbdən illərdir bu zirvə planlarım arasında yer alırdı.

- Bu dırmanışa nə qədər vaxt hazırlaşdınız?

- Mən il boyu – 12 ay ərzində idmanla məşğul oluram. Üzgüçülük, qaçış və dırmanma ilə məşğulam. Bu, artıq mənim həyat tərzimdir.

- Yol boyu ən çətin anlar hansılar oldu?

- Bu zirvənin ən çətin tərəfi mənim üçün “deadline”ın olması idi. Çünki indiyə qədər çıxdığım zirvələrdə müəyyən saatdan sonra zirvəyə qalxmağa icazə verilməməsi kimi məhdudiyyət olmayıb. Çata bilməyəcəyimiz anlar oldu, amma şükürlər olsun ki, vaxtında zirvəyə çatdıq.

- Akonkaquanın hava və dağ şəraiti sizi nə ilə təəccübləndirdi?

- Bu dağda hündürlüyün təsiri əvvəl gördüyüm zirvələrdən tamamilə fərqli idi. Digər dağlarda hündürlüyə uyğunlaşma bir gün ərzində mümkün olurdusa, burada bu proses daha çətin və uzun çəkirdi.

- Zirvəyə çatdığınız an nə hiss etdiniz?

- Daxilimdə böyük sevinc və qürur hissi var idi. Biz bunu bacardıq və Azərbaycan Bayrağını zirvədə dalğalandırdıq. Bu, bizim üçün ən böyük fəxarət və əsas missiyadır.

- FHN xilasedicisi kimi qazandığınız təcrübə bu dırmanışda sizə necə kömək etdi?

- Yol boyu ağır vəziyyətdə olan bir alpinistə ilk tibbi yardım göstərməyə çalışdım və bu zaman xilasedici kimi bilik və bacarıqlarım çox kömək etdi. Təəssüf ki, bütün səylərimizə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmadı. Mən və digər alpinist yoldaşlarımız əlimizdən gələni etdik, lakin dağ artıq öz hökmünü vermişdi.

- Ekspedisiya zamanı təhlükəli vəziyyətlər oldumu?

- Hava şəraiti olduqca sərt idi. Ən təhlükəli anlar gecə yola çıxdığımız vaxtlar idi. Həmin anlarda əllərimizin donma riski çox yüksək idi.

- Qadın alpinist kimi bu uğuru necə dəyərləndirirsiniz?

- Azərbaycan qadını olaraq dağlara qalxmaq və bayrağımızı zirvədə dalğalandırmaq ikiqat məsuliyyət tələb edir. Çünki qadın olaraq hər hansı sahədə uğur qazanmaq kişilərlə müqayisədə daha çox mübarizə və enerji tələb edir.

- Bu sahəyə maraq göstərən gənclərə nə məsləhət görərdiniz?

- Hər zaman idmanla məşğul olsunlar və idmanı həyat tərzinə çevirsinlər. İstənilən sahədə uğur qazanmaq üçün əvvəlcə zəhmət çəkmək lazımdır ki, sonradan onun bəhrəsini görmək mümkün olsun.

- Qarşıda yeni zirvələr və ya ekspedisiyalar planlaşdırırsınızmı?

- Əlbəttə, planlar çoxdur. Sadəcə bu, müəyyən qədər maliyyə məsələlərindən asılıdır. Bu tərəfi yoluna qoyduqdan sonra yeni zirvələr mütləq olacaq.

- Bu uğurda kimlərin dəstəyini xüsusi qeyd etmək istərdiniz?

- İlk növbədə, ailəmin dəstəyini qeyd etmək istəyirəm. Onlar hər zaman mənə inanıb və mənəvi dəstək olublar. Daha sonra isə bu yolda birlikdə addımladığım dostlarımın dəstəyi danılmazdır. Bu zirvənin öhdəsindən birlikdə gəldik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Yanvar 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see245

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see242

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see171

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see141

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri