Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi Ölənlər var
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünən səhər saatlarında Qara dənizin Odessa limanı yaxınlığında göyərtəsində 4 Azərbaycan vətəndaşının olduğu gəmiyə dronlarla zərbə endirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan dənizçilərə dəstək” İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, “Mert Marine Corporation” şirkətinə məxsus olan və Somali bayrağı altında üzən “TEDY” (9059200 imo) yedək gəmisi dron hücümüna məruz qalıb. Gəminin göyətəsində 4 Azərbaycan, 3 Türkiyə, 2 Almaniya, 1 Ukrayna vətəndaşı olub.
Zədələnmiş gəmi gecə saatlarında Konstansa limanına doğru gedərkən yenidən 2 drom hücumuna məruz qalıb. Nəticədə azərbaycanlı dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olub.
Digər 2 həmyerlimiz yanıq xəsarətləri ilə Odessa şəhərində xəstəxanaya yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 10 Sentyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















