Icma.az
close
up
RU
Azərbaycanlı deputatı kimlər sıxışdırır? Şirkətinə cinayət işi açıldı

Azərbaycanlı deputatı kimlər sıxışdırır? Şirkətinə cinayət işi açıldı

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın İrkutsk vilayətində sənaye müəssisələri böyük həcmdə təhlükəli tullantılar yaradır və onların zərərsizləşdirilməsi utilizasiya biznesi üçün strateji əhəmiyyət daşıyır. Yerli utilizatorlar öz ərazilərində “yad” şirkətlərin peyda olmasına kəskin reaksiya verirlər və sifarişli cinayət işləri vasitəsilə rəqiblərə dərhal mesaj göndərirlər. Prosesi İrkutsk UEB və PK əməliyyat müvəkkili Dmitri Radyukyeviç, həmçinin İrkutsk vilayəti üzrə İstintaq Komitəsinin müstəntiqi Yuliya Fedoroviç kurasiya edir.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, onların hədəflərindən biri azərbaycanlı deputat Ruslan Şərifov olub.

Belə ki, 2024-cü ilin avqustunda rəqiblərin təşəbbüsü ilə “Yug-Utilizasiya” MMC-yə qarşı cinayət işi başlanıb. Şirkət Volqoqrad vilayət Dumasının deputatı Ruslan Şərifova məxsusdur. Cinayət işinə səbəb müəssisənin İrkutsk Aviasiya Zavodu ilə tullantıların zərərsizləşdirilməsi üzrə müqavilə bağlaması olub ki, bu da yerli rəqiblər tərəfindən mənfi qarşılanıb.

İstintaqçı Yuliya Fedoroviç “Yug-Utilizasiya”nın guya müqaviləni icra etməməsi ilə bağlı cinayət işi açıb. Maraqlıdır ki, zavodun özünün şirkətə qarşı heç bir iddiası yoxdur və hüquq-mühafizə orqanlarının təkidi ilə zərərçəkmiş kimi çıxış edir.

İstintaqın gedişi

Artıq bir ildən çoxdur ki, istintaqçı Fedoroviç və Radyukyeviç zavoda vurulduğu iddia edilən zərərin sübutları olmasa da, işin məhkəməyə göndərilməsi üçün cəhdlər göstərir. Fedoroviç sübutların olmamasını yeni “təqsirləndirilənlərin” axtarışı ilə kompensasiya edir, bununla da ölkə üzrə uzunmüddətli ezamiyyətlərini əsaslandırır.

Bu müddətdə qanunsuz saxlamalar, şahidlərə təzyiqlər, yalan ifadələr verməyə məcburetmə halları müşahidə olunur. Şirkətin direktoru Aleksandr Dubaçevin isə “nominal” şəxs olduğunu iddia edərək onu ittiham olunanlar siyahısından çıxarmağa cəhd edilir. Lakin bu versiya məhkəmə tərəfindən əvvəllər təkzib edilib. Dubaçev “İndustriya Fitnesa” MMC-nin direktoru vəzifəsində işləyərkən dələduzluğa görə məhkum olunub və həmin vaxt da “nominal” olduğu barədə iddiası rədd edilib.

Məqsəd

Dubaçev hələ də deputat Şərifovun etibarlı adamı olaraq onun biznes strukturlarında çalışır. İstintaqçı Fedoroviç isə görünür, şirkətin fəaliyyətini iflic etmək və rəqiblərin maraqlarına xidmət etmək kimi əsas məqsədinə çatmaq üçün işi süni şəkildə uzadaraq, yeni fiqurantlar axtarışını davam etdirir.

Qeyd edək ki, Ruslan Şərifov "Lukoil"in keçmiş vitse-prezidenti Vahid Şərifovun oğludur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri