Bakıda tikinti şirkətinə qarşı cinayət işi açılıb
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vətəndaş Tahir Xudiyev Baku TV-yə açıqlamasında iddia edib ki, 2016-cı ildə ona məxsus əmlak sökülərkən yerində tikiləcək yeni yaşayış binasından mənzil, ofis və parklanma yeri veriləcəyi vəd olunsa da, bu öhdəliklər yerinə yetirilmir.
Milli.Az xəbər verir ki, T.Xudiyev məsələ ilə bağlı deyib:
"2016-cı ildə bizimlə görüşdülər və ərazidəki tikilinin söküləcəyini dedilər. Bunun bir dövlət layihəsi olduğunu bildirərək bizimlə müqavilə imzaladılar. Müqaviləyə əsasən, dövlətin pilot layihəsi olduğu üçün biz iki ildən sonra həmin binaya köçməli idik".
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2016-cı ildə pilot layihə çərçivəsində "Vesta Construction" MMC tərəfindən müvafiq icazəverici sənədlər əsasında Şirin Mirzəyev və Mehdi Abbasov küçələrinin kəsişməsində, 2535-ci məhəllədə çoxmənzilli yaşayış binalarının inşasına başlanılıb və vətəndaşlarla fərdi qaydada, qarşılıqlı razılaşma əsasında müqavilələr imzalanıb. Lakin şirkət ötən müddət ərzində öhdəliklərini yerinə yetirməyib.
Sözügedən məsələ ilə bağlı qeyd edilib ki, MMC və Tahir Xudiyev arasında notarial qaydada razılaşma əldə olunub. Dəfələrlə vətəndaş və şirkət rəhbərliyi ilə məsələnin həlli istiqamətində görüşlər keçirilsə də, heç bir nəticə əldə olunmayıb.
Vətəndaşa tikinti şirkəti tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı məhkəmə orqanına müraciət etmək hüququnun olduğu dəfələrlə izah olunsa da bu addımı atmayıb.
"Vesta Construction" MMC-nin tikinti işlərini tamamlamaması və yol verdiyi digər qanunsuzluq faktları ilə bağlı Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaq hələ də davam edir. Nizami Rayon İcra Hakimiyyəti həmçinin məsələnin nəzarətdə saxlanıldığını vurğulayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:250
Bu xəbər 24 İyun 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















