Icma.az
close
up
RU
Zakir Qaralovun şirkətinə Gürcüstanda cinayət işi açıldı

Zakir Qaralovun şirkətinə Gürcüstanda cinayət işi açıldı

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Gürcüstanda Rioni çayı üzərində inşa edilən körpünün uçması ilə bağlı cinayət işi üzrə prokurorluq yeni ittihamlar irəli sürüb. İttiham olunanlar arasında Gürcüstan Avtomobil Yolları Departamenti sədrinin keçmiş müavini Levan Kupataşvili ilə yanaşı, Azərbaycanın “Akkord” tikinti şirkətinin direktoru da var.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropada yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli məlumat yayıb.

İstintaqın məlumatına görə, körpü layihəsi zamanı gündəlik nəzarət Gürcüstanın Avtomobil Yolları Departamentinin üzərinə düşsə də, faktiki olaraq bu nəzarət həyata keçirilməyib. Layihənin icrası dövründə nəzarətçi beynəlxalq şirkətin heç bir səlahiyyətli eksperti Gürcüstanda olmayıb, buna baxmayaraq, tikinti işlərinə dair saxta icra aktları təsdiqlənib.

Bildirilir ki, tikinti yerində heç vaxt olmayan beynəlxalq ekspert, tikinti şirkətinin nümayəndələri tərəfindən tərtib edilmiş saxta sənədləri imzalayıb. Həmin sənədlər Avtomobil Yolları Departamentinin o zamankı sədr müavini Levan Kupataşvilinin imzası ilə də təsdiqlənib. Bu aktlar əsasında, guya göstərilmiş xidmətlərə görə, 1 milyon 172 min 539 lari məbləğində vəsait köçürülüb.

Prokurorluğun məlumatına əsasən, layihəni icra edən şirkət yerinə yetirilməmiş və keyfiyyətsiz işlərə görə dələduzluq yolu ilə 3 milyon 859 min 678 lari vəsaiti mənimsəyib, nəticədə isə körpü uçub. Sonradan aparılan bərpa işlərinə əlavə olaraq 12 milyon laridən artıq vəsait xərclənib. Ümumilikdə dövlət büdcəsinə dəyən zərər 16 milyon larini ötüb.

Keçmiş sədr müavini Levan Kupataşviliyə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vəsaitin mənimsənilməsi
maddələri ilə ittiham irəli sürülüb.

Onu 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

“Akkord” şirkətinin direktoru və layihə menecerlərinə, həmçinin beynəlxalq konsorsiumun qrup rəhbəri–baş mühəndisinə qiyabi qaydada külli miqdarda vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsi, saxta sənədlərin hazırlanması ittihamları irəli sürülüb. Bu maddələr üzrə 9 ilədək həbs cəzası nəzərdə tutulur.

Prokurorluq bütün təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirib. İş üzrə istintaq davam edir və digər şirkətlərin və vəzifəli şəxslərin mümkün cinayət əməlləri araşdırılır.

Qeyd edək ki, Akkordun sahibinin keçmiş Baş prokuror Zakir Qaralov olduğu bildirilir.

Belə ki, Akkord uzun illər Azərbaycanda da tikinti sahəsində fəaliyyət göstərib.

Zakir Qaralov vəzifədə olduğu zamanlarda sözügedən şirkət demək olar ki, bütün dövlət tenderlərinin “qalibi” olub.

O cümlədən Akkord tikinti şirkəti Bakı şəhərdə çoxlu körpü, yeraltı tunellər və.s inşa edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:269
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Yanvar 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri