Azərbaycanlı futbolçu “Real Madrid”in müdafiəçisi ilə quda oldu FOTOLAR
Icma.az bildirir, Gununsesi portalına istinadən.
“Real Madrid”in futbolçusu Din Donni Heysenin qardaşı Daimen azərbaycanlı xanımla ailə qurub.
Gununsesi.info xəbər verir ki, futbolçunun qardaşı ilə evlənən Lalə Məmmədovanın Azərbaycanın Əməkdar artisti Vəfa Zeynalovanın qızı olduğu iddia olunub. Vəfa Zeynalova da həmin toydan futbolçu Heysenlə çəkdirdiyi şəklini paylaşıb.
Vəfa Zeynalova isə açıqlama verərək Daimenlə ailə quran xanımın özünün yox, rəfiqəsinin qızı Lalə olduğunu bildirib. Qeyd edək ki, Əməkdar artist Vəfa Zeynalovanın Səbinə və Lalə adlı əkiz qızları var. Zeynalova mətbuata açıqlamasında qızı Səbinənin model olduğunu bildirib. Səbinə, 2021-ci ildə Kamran adlı bəylə ailə qurub. Xatırladaq ki, Din Heysen futbol üzrə İspaniya millisinin, cari ildən isə “Real Madrid” klubunun mərkəz müdafiəçisidir. Lalə Məmmədovanın isə sabiq futbolçu Emin Məmmədovun bacısı olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 09 Oktyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















