Azərbaycanlı iş adamının 2.5 milyon manatını ələ keçirən şəxsin bəraəti ləğv edildi
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məşhur iş adamı Fəxrəddin Feyziyevin 2 milyonluq işi yenidən araşdırılacaq.
Oxu.Az "Qafqazinfo"a istinadla xəbər verir ki, Ali Məhkəmə belə qərar qəbul edib.
F.Feyziyev cinayət işi üzrə zərərçəkmişdir. İttihama görə, o, Dubayda iş qurmaq vədi verən Elşən İsmayılova aldanıb. Nəticədə 2.5 milyon manatını itirib.
Bakı Ağır Cinayətlər Məhkəməsi ittihamı təsdiq edərək E.İsmayılovu 10 il həbs cəzasına məhkum edib. Amma Bakı Apellyasiya Məhkəməsi hökmü qanunsuz hesab edib. Elşən bəraət alaraq azadlığa çıxıb.
Bu qərar isə prokuroru narazı salıb. Bir müddət sonra kassasiya şikayəti verilib. Yüksək instansiya məhkəməsi bəraət almış şəxsin əməlinə düzgün qiymət verilmədiyi qənaətinə gəlib. Bəraət qərarı ləğv edilib, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Apellyasiya Məhkəməsi əvvəlki qərarını dəyişə və ya qüvvədə saxlaya da bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 23 Dekabr 2024 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















