Icma.az
close
up
RU
Dedi ki, parik satıb pul qazanacağıq İş adamının 362 minini ələ keçirən şəxsin məhkəməsi

Dedi ki, parik satıb pul qazanacağıq İş adamının 362 minini ələ keçirən şəxsin məhkəməsi

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Məmmədov Ağa Mübariz oğlunun məhkəmə prosesinin ilin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə,  təqsirləndirilən şəxs Ağa Məmmədov zərərçəkən şəxs Məmmədov Anar Vaqif oğlunun 2021-ci ilin sentyabr ayından həmin ilin noyabr ayının sonuna kimi 362 min 230 manat pulunu qadın pariki alıb satmaq adı ilə alaraq dələduzluq edib. Anar Məmmədov ifadə verərək bildirib ki, əvvəllər mebel və parfüm işi ilə məşğul olub. Bu dövr 2007-ci ildən 2020-ci ilə kimi olan dövrü əhatə edir. Bu işə qoşulanda restoran işi ilə məşğul olub. Mən həmin vaxtı 2 yerdə ev almaq istəyirdim, ancaq hamısını verdim Ağaya. Bu məbləğ məndən başqa 2 dostumun olub, mənim 204 min pulum olub".

Məhkəmənin növbəti gedişində şahid, təqsirləndirilən şəxsin anası Şahidə Məmmədova ifadə verib: "Oğlumun iş yerinə gedəndə orda bir borc dəftəri gördüm. Ağa dedi Anar adlı şəxsə 50 min borcum var. 2 qohumumdan 30 min bir, 7 min də bir borc alıb verdim. Sonra evimi satıb həmin borcları verdim. 

Təqsirləndirilən şəxs, hazırda  polis nəzarəti qətimkan tədbiri seçilən Ağa Məmmədov sərbəst ifadə verərək bildirdi ki, insanların başına parik yapışdırmaq işi ilə məşğul olub: "Bir dəfə mənə təcili 500 manat pul lazım oldu, parik saçı alıb satmalı idim. Bir günə 600 manat xeyir var idi. Göndərdi deyilən məbləği, bir günə alıb yapışdırıb satdım, xeyrin yarısını da Anara göndərim. Sonra Anarla görüşdük və razılaşdıq bir yerdə işləməyə. İlk olaraq 15 min manat verdi, üstündə 5 min 700 manat manat xeyirlə qısa müddətə qaytardım. İşimiz bundan ibarət idi ki, Ruslan adlı şəxsə parik saçın rəngini, formasını sifariş verirdik, o da ya Çindən, ya da Türkiyədən sifarişi gətirirdi. Malın çatdırılıb satılmasının müddəti 4 gün idi. Ümumilikdə aramızda 50 dəfədən çox pul alveri olub. Mənim Anara qalan borcum 48 min manatdır".

Sonra Mollayev Tahir Hamlet oğlu şahid qismində ifadə verərək bildirdi ki, Ağa Məmmədov mənə 140 min manat ziyan vurub, əslində mən zərərçəkənəm, şahid yox. Ağanı Günay adlı bir xanım vasitəsilə tanımışam. 56 min, 40 min və müxtəlif məbləğdə pul verdim, 3-4 aya qazanc verməli idi. Nə isə, bu pul şişdi oldu 150 min. Bu işdə Fərid adlı şəxslə ofisdə tanış oldum. Mənim pulum Ağada yox, Fəriddədir. Orda mənə saç pariklərini göstərdilər. Sonra Ağa qaçdı, 2 ildən sonra qayıdıb gəldi. 

Hakim Elmir Rüstəmov Tahir Mollayevə bildirdi ki, sən bu işdə mülki münasibətlərlə bağlı məhkəməyə müraciət edə bilərsən, sən bu cinayət işində faiz verən kimi tanınmısan.

Məhkəmə prosesi 28 dekabr tarixinə kimi təxirə salındı.

Seymur Əli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Dekabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri