Azərbaycanlı iş adamının avtomobili yandırıldı
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində iş adamı Alazir Rzayevin avtomobili yandırılıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın “TV Pirveli” telekanalı məlumat yayıb.
Məlumata əsasən, ötən gecə iş adamının həyətində saxladığı maşının üzərinə benzin tökülərək od vurulub. Avtomobil yanaraq, yararsız hala düşüb.
A.Rzayev ona qarşı hücumun təşkilində kriminal avtoritet Elmuraz Məmmədovu ittiham edib.
Muğanlı sakinlərinin sözlərinə görə, E.Məmmədov artıq iki ildir kənddə reketçiliklə məşğul olur.
Onlar iddia edirlər ki, kriminal avtoritetin göstərişləri əsasında sakinlərə hədə-qorxu gəlinir, pul tələb edilir.
Faktla bağlı istintaq tədbirləri həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 18 Fevral 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















