Azərbaycanlı iş adamının klubuna lisenziya verilmədi
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Futbol İttifaqının (RFU) Klubların Lisenziyalar üzrə Apellyasiya Komitəsi "Ximki"yə lisenziya verməkdən imtina barədə qərarı qüvvədə saxlayıb. Sport24.az xəbər verir ki, bu barədə qərar komitənin bu gün keçirilən iclasında qəbul olunub.
Toplantıda "Ximkinin" apellyasiya şikayətinin rədd edilməsi və RFU-nun Lisenziyalaşdırma Komissiyasının kluba Rusiya Premyer Liqasının növbəti mövsümündə iştirak etmək üçün lisenziyanın verilməsindən imtina barədə qərarı qüvvədə qalıb.
Bu qərar klubun maliyyə lisenziyası meyarlarına əməl etməməsi səbəbindən verilib.
Qeyd edək ki, 2024/25 mövsümünü turnir cədvəlinin 12-ci pilləsində başa vuran "Ximki"nin prezidenti azərbaycanlı iş adamı Tufan Sadıqovdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 28 May 2025 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















