Azərbaycanlı iş adamının klubunun oyunçuları boykot edirlər
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanlı iş adamı Tufan Sadıqovun sahibi olduğu Türkiyənin "Serik Bələdiyyəspor" klubunun oyunçuları məşqi boykot ediblər.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, I Liqa təmsilçisinin futbolçuları səkkiz həftədir ki, maaşlarını və bonuslarını ala bilmirlər.
Onların etirazı səbəbindən dünən keçirilməli olan məşq sessiyası ləğv edilib.
Bəzi klub işçilərinin istefa verməyi düşündükləri, futbolçuların isə noyabra qədər gözləmək niyyətində olduqları bildirilir.
Bundan əlavə, klub hələ də mövsümün əvvəlində əldə edilən Aleksandr Martınovun transferi üçün kompensasiya ödəməyib. Belarusun BATE klubu bu məsələ ilə bağlı FIFA-ya müraciət etməyi planlaşdırır.
Qeyd edək ki, Tufan Sadıqov daha əvvəl Rusiyanın "Ximki" klubuna da sahiblik edib. Lakin Premyer Liqa təmsilçisi maliyyə böhranına görə fəaliyyətini dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 24 Oktyabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















