Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Azərbaycanlı kişilər 4 arvad ala BİLƏCƏK ŞƏRTLƏR

Azərbaycanlı kişilər 4 arvad ala BİLƏCƏK ŞƏRTLƏR

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bundan sonra azərbaycanlı kişilər 4 qadınla evlənə biləcəklər. Amma bunun üçün Rusiyaya getməlidirlər. Belə ki, Rusiya Müsəlmanları Ruhani İdarəsi müsəlmanlara eyni vaxtda dördə qədər qadınla nikah bağlamağa icazə verən fətva verib. Fətva ötən il verilsə də, qeyri-müsəlmanlar tərəfindən  çoxsaylı narazılıqlar olduğundan gecikdirilmişdi. Bu ildən isə məsələ yenidən diqqət mərkəzinə düşüb.
 

Qeyd edək ki, Rusiyada hüquqi mənada çoxarvadlılığa icazə verilmir. Amma mövcud Rusiya qanunvericiliyində çoxarvadlılığa görə cəza da yoxdur.

Dinşünas Yuri Tabak  diqqətə çatdırıb ki, Rusiyada çoxarvadlılıq olmasa da, eyni zamanda iki ailəsi olan kişilər çoxdur.
 

"Belə bir problem var və hələ də həlli çətindir. Bir tərəfdən bu, qadağandır. Digər tərəfdən, müsəlmanların çox olduğu Rusiyada biz ənənələrə hörmət etməyə bilmərik. Kişilər onsuz da bir neçə qadınla gizli yaşadığı halda nə üçün bu cür ailələri qanuniləşdirmirik?! Amma hələlik bütün bunlar sual altındadır”.
 

İnsan Hüquqları Şurasının (İHŞ) üzvü Kirill Kabanov isə narahatdır ki, çoxarvadlılığın leqallaşdırılmasından sonra müsəlmanlar Rusiya qanunlarına tabe olmaqdan imtina edə bilərlər.

Onun fikrincə, növbəti addım Rusiya məhkəmə sisteminin rədd edilməsi/tanınmaması və şəriət məhkəmələrinin tətbiqidir.
 

Rus Pravoslav Kilsəsi də çoxarvadlılığa qarşı çıxış edib. Belə ki, keşiş Pavel Ostrovski rus qadınlarını müsəlmanlarla münasibətə başlamazdan əvvəl, hətta qadın onunla evlənmək niyyətində olmasa belə, “100 dəfə düşünməyə” çağırıb.

Bəs dünyəvi ölkələrin rəsmi qanunlarında poliqamiya qadağan olunsa da, monoqomik ola bildikmi?
 

Bu sualın səmimi cavabı, böyük ehtimalla yoxdur. Amma yanaşmalar var, əlbəttə... Müasir həyat bizə monoqamiya gətirmədi. Son statistika göstərir ki, dünya kişilərin 70%-nin, qadınların isə 40%-nin nikahdan kənar münasibətləri var. Yəni insan təbiətən poliqamiyaya meyillidir. Amma psixoloqlar deyir ki, poliqamiya psixi pozuntudur.

“İnsanın həyatında bir yoldaşı, tərəfdaşı, ömür dostu olduğu halda, ikinciyə, üçüncüyə nə ehtiyac var? Çoxarvadlılıq kişiyə problemlərdən başqa nə gətirir? Demək ki, belə insanlar dincliyi sevmir. Bəzi sosioloqlar “İnsan təbiəti monoqamiya üçün uyğun deyil” deməklə çoxarvadlılığa haqq qazandırmaq istəyirlər. Ona qalsa, bizim təbiətimizdə olan, amma qarşısını almağa məcbur olduğumuz başqa duyğu və davranışlarımız da var.  

Məsələn, aqressivlik, başqalarına hücum çəkmək. Niyə hər dəfə əsəbiləşəndə ​​özümüzə hakim olmağa çalışırıq? Təcavüz bizim təbiətimizdədirsə, onda hər qəzəblənəndə qarşı tərəfə fiziki güclə hücum edək və zərər verək. Amma etmirik, çünki sivil insan olaraq öz hərəkətlərimizə məsuliyyət daşıyırıq. Davranışlarımız təkcə bioloji faktorlarla müəyyən edilmir, daxili istəkləri psixoloji və sosial amillərlə birlikdə qiymətləndirmək lazımdır. İnsanın cinsəl istəyi də ağlı tərəfindən nəzarətə alınmalıdır, bacarmırsa, deməli problemi var”, – psixoloq Yeganə Cəfərova belə deyir.


Psixoloq bildirir ki, monoqamiya və poliqamiya məfhumlarından bəhs edərkən təkamül prosesinin başlanğıcında öz istəklərimizə və ya əcdadlarımızın həyatına istinad etmək böyük səhvdir.
 

İslam dinində icazə verilir deyə bir kişinin eyni anda dörd qadınla nikahda olması günümüzlə səsləşirmi?
 

İlahiyyatçı Hacı Ağa Muradov qeyd edir ki, şəriətdə dörd qadınla evlənməyə icazə verilsə də, bunun çox şərtləri var. O kişi dörd qadınla evlənə bilər ki, onların hamısına eyni maddi, mənəvi qayğı göstərə bilsin.

“Yoxsa hər önünə gələn kimisə bəyəndi deyə dörd arvad ala bilməz. İslama qədər cahiliyyə dövründə ərəblər saysız qadınlarla evlənirdilər. İslam peyğəmbəri qadınların sayını dördə endirdi. İslamın yarandığı illərdə də buna icazə verilməsinin səbəbi o idi ki,  tez-tez müharibələr olurdu və kişilər ölür, qadınlar ərsiz qalırdılar. Həm də nəsil artımı üçün vacib idi. Dul qadınları himayəyə almaq üçün kişilərin bir neçə qadınla evlənməsinə icazə verilirdi.


Əslində qadınların xeyrinə idi, tək, başsız qalmamaları üçün razı olurdular. Yoxsa harda cavan, gözəl qız gördün get onunla da evlən deyə bir şey yoxdur. Yəni dövrünə görə çox doğru addım idi. İndi isə qadınlar buna razılaşmaz, ikincisi də hər kişi bu şərtləri yerinə yetirə bilməz. Bu günümüzə görə deyil”. Bizim Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 İyun 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see318

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see263

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see232

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see223

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see219

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see217

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see216

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see206

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see206

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see203

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see198

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see194

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

03 Sentyabr 2026 20:18see193

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see190

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see188

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see179

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see171

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see170

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see168

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri