Icma.az
close
up
RU
Azərbaycanlı kişilər 4 arvad ala BİLƏCƏK ŞƏRTLƏR

Azərbaycanlı kişilər 4 arvad ala BİLƏCƏK ŞƏRTLƏR

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bundan sonra azərbaycanlı kişilər 4 qadınla evlənə biləcəklər. Amma bunun üçün Rusiyaya getməlidirlər. Belə ki, Rusiya Müsəlmanları Ruhani İdarəsi müsəlmanlara eyni vaxtda dördə qədər qadınla nikah bağlamağa icazə verən fətva verib. Fətva ötən il verilsə də, qeyri-müsəlmanlar tərəfindən çoxsaylı narazılıqlar olduğundan gecikdirilmişdi. Bu ildən isə məsələ yenidən diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, Rusiyada hüquqi mənada çoxarvadlılığa icazə verilmir. Amma mövcud Rusiya qanunvericiliyində çoxarvadlılığa görə cəza da yoxdur.

Dinşünas Yuri Tabak diqqətə çatdırıb ki, Rusiyada çoxarvadlılıq olmasa da, eyni zamanda iki ailəsi olan kişilər çoxdur.

“Belə bir problem var və hələ də həlli çətindir. Bir tərəfdən bu, qadağandır. Digər tərəfdən, müsəlmanların çox olduğu Rusiyada biz ənənələrə hörmət etməyə bilmərik. Kişilər onsuz da bir neçə qadınla gizli yaşadığı halda nə üçün bu cür ailələri qanuniləşdirmirik?! Amma hələlik bütün bunlar sual altındadır”.

İnsan Hüquqları Şurasının (İHŞ) üzvü Kirill Kabanov isə narahatdır ki, çoxarvadlılığın leqallaşdırılmasından sonra müsəlmanlar Rusiya qanunlarına tabe olmaqdan imtina edə bilərlər.

Onun fikrincə, növbəti addım Rusiya məhkəmə sisteminin rədd edilməsi/tanınmaması və şəriət məhkəmələrinin tətbiqidir.

Rus Pravoslav Kilsəsi də çoxarvadlılığa qarşı çıxış edib. Belə ki, keşiş Pavel Ostrovski rus qadınlarını müsəlmanlarla münasibətə başlamazdan əvvəl, hətta qadın onunla evlənmək niyyətində olmasa belə, “100 dəfə düşünməyə” çağırıb.

Bəs dünyəvi ölkələrin rəsmi qanunlarında poliqamiya qadağan olunsa da, monoqomik ola bildikmi?

Bu sualın səmimi cavabı, böyük ehtimalla yoxdur. Amma yanaşmalar var, əlbəttə… Müasir həyat bizə monoqamiya gətirmədi. Son statistika göstərir ki, dünya kişilərin 70%-nin, qadınların isə 40%-nin nikahdan kənar münasibətləri var. Yəni insan təbiətən poliqamiyaya meyillidir. Amma psixoloqlar deyir ki, poliqamiya psixi pozuntudur.

“İnsanın həyatında bir yoldaşı, tərəfdaşı, ömür dostu olduğu halda, ikinciyə, üçüncüyə nə ehtiyac var? Çoxarvadlılıq kişiyə problemlərdən başqa nə gətirir? Demək ki, belə insanlar dincliyi sevmir. Bəzi sosioloqlar “İnsan təbiəti monoqamiya üçün uyğun deyil” deməklə çoxarvadlılığa haqq qazandırmaq istəyirlər. Ona qalsa, bizim təbiətimizdə olan, amma qarşısını almağa məcbur olduğumuz başqa duyğu və davranışlarımız da var.

Məsələn, aqressivlik, başqalarına hücum çəkmək. Niyə hər dəfə əsəbiləşəndə ​​özümüzə hakim olmağa çalışırıq? Təcavüz bizim təbiətimizdədirsə, onda hər qəzəblənəndə qarşı tərəfə fiziki güclə hücum edək və zərər verək. Amma etmirik, çünki sivil insan olaraq öz hərəkətlərimizə məsuliyyət daşıyırıq. Davranışlarımız təkcə bioloji faktorlarla müəyyən edilmir, daxili istəkləri psixoloji və sosial amillərlə birlikdə qiymətləndirmək lazımdır. İnsanın cinsəl istəyi də ağlı tərəfindən nəzarətə alınmalıdır, bacarmırsa, deməli problemi var”, – psixoloq Yeganə Cəfərova belə deyir.

Psixoloq bildirir ki, monoqamiya və poliqamiya məfhumlarından bəhs edərkən təkamül prosesinin başlanğıcında öz istəklərimizə və ya əcdadlarımızın həyatına istinad etmək böyük səhvdir.

İslam dinində icazə verilir deyə bir kişinin eyni anda dörd qadınla nikahda olması günümüzlə səsləşirmi?

İlahiyyatçı Hacı Ağa Muradov qeyd edir ki, şəriətdə dörd qadınla evlənməyə icazə verilsə də, bunun çox şərtləri var. O kişi dörd qadınla evlənə bilər ki, onların hamısına eyni maddi, mənəvi qayğı göstərə bilsin.

“Yoxsa hər önünə gələn kimisə bəyəndi deyə dörd arvad ala bilməz. İslama qədər cahiliyyə dövründə ərəblər saysız qadınlarla evlənirdilər. İslam peyğəmbəri qadınların sayını dördə endirdi. İslamın yarandığı illərdə də buna icazə verilməsinin səbəbi o idi ki, tez-tez müharibələr olurdu və kişilər ölür, qadınlar ərsiz qalırdılar. Həm də nəsil artımı üçün vacib idi. Dul qadınları himayəyə almaq üçün kişilərin bir neçə qadınla evlənməsinə icazə verilirdi.

Əslində qadınların xeyrinə idi, tək, başsız qalmamaları üçün razı olurdular. Yoxsa harda cavan, gözəl qız gördün get onunla da evlən deyə bir şey yoxdur. Yəni dövrünə görə çox doğru addım idi. İndi isə qadınlar buna razılaşmaz, ikincisi də hər kişi bu şərtləri yerinə yetirə bilməz. Bu günümüzə görə deyil”. Bizim Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 İyun 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri