Icma.az
close
up
RU
Azərbaycanlı gənclər Britaniyada təqaüdlə oxuya biləcək? AÇIQLAMA

Azərbaycanlı gənclər Britaniyada təqaüdlə oxuya biləcək? AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Böyük Britaniya ali təhsil, peşə təhsili, elmi-tədqiqat, innovasiya və rəqəmsal bacarıqların inkişafı sahəsində əməkdaşlığı genişləndirəcək. İki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə universitetlər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlıqların təşviqi, süni intellekt və rəqəmsal idarəetmə sahələrində təcrübə mübadiləsi, eləcə də akademik və peşəkar əlaqələrin gücləndirilməsi nəzərdə tutulur.

Bəyannamənin təhsillə bağlı müddəalarını Redaktor.az-a şərh edən təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, Azərbaycanla dünyanın müxtəlif ölkələri, xüsusilə də inkişaf etmiş dövlətləri arasında birgə əməkdaşlığın həyata keçirilməsi, əlbəttə ki, normal haldır:

"Çünki Azərbaycan sürətlə inkişaf edən ölkədir və dövlət tərəfindən bütün sahələrdə olduğu kimi, təhsil istiqamətində də daim müvafiq diqqət və qayğı göstərilir. Azərbaycanda beynəlxalq əməkdaşlıq çərçivəsində yaradılan universitetləri nümunə göstərə bilərik. Bunlara Azərbaycan-Türkiyə Universitetini, Azərbaycan-Fransız Universiteti olan UFAZ-ı, eləcə də İtaliya-Azərbaycan Universitetini aid etmək olar. Bununla yanaşı, müxtəlif dövlətlərlə, xüsusilə də inkişaf etmiş ölkələrin universitetləri ilə əməkdaşlıq çərçivəsində ikili diplom proqramları həyata keçirilir. Bu istiqamətdə Çin, ABŞ və Avropanın bir sıra ölkələrini nümunə göstərmək olar".

Ekspert Azərbaycanın beynəlxalq təhsil əməkdaşlığının genişlənməsinin digər ölkələrdə də maraq yaratdığını bildirdi:

"Bütün bunlar digər dövlətlərdə də Azərbaycana müəyyən maraq formalaşdırır. Azərbaycanla əməkdaşlığa can atan dünya nəhənglərini gördükdə başqa ölkələrdə də ölkəmizlə birgə fəaliyyət göstərmək istəyi yaranır. Bu da, əlbəttə, normal haldır. Düşünürəm ki, hökumətlərarası təqaüd proqramları çərçivəsində növbəti illərdə İrlandiya ilə Azərbaycan arasında da müəyyən razılaşmalar əldə oluna və birgə təqaüd proqramları həyata keçirilə bilər".

Ekspert xüsusilə vurğuladı ki, Böyük Britaniya və Azərbaycan universitetlərinin yaradılması istiqamətindəki təşəbbüslərə də diqqət yetirilə bilər:

"Bu, həm Azərbaycan ali təhsil sistemi, həm də Böyük Britaniya üçün müsbət töhfə ola bilər. Belə bir format Azərbaycan tələbələrinə Britaniyada, britaniyalı tələbələrə isə Azərbaycanda təhsil almaq imkanı yaradacaq. Müəyyən güzəştlər və təqaüd proqramları vasitəsilə bu əməkdaşlıq həm Azərbaycanın beynəlxalq səviyyədə daha çox tanınmasına, həm də gənclərimizin Böyük Britaniya kimi ölkədə təqaüdlə təhsil almasına müsbət təsir göstərə bilər. Hesab edirəm ki, xaricdə təhsil sahəsində yeni imkanların yaradılması üçün həm dövlət proqramları, həm də hökumətlərarası təqaüd proqramları çərçivəsində əməkdaşlıq həyata keçirilə bilər. Bununla yanaşı, ikili diplom proqramlarının genişləndirilməsi də mümkündür. Bütün bunlar azərbaycanlı gənclərin Avropa təcrübəsindən daha geniş şəkildə yararlanmasına şərait yarada bilər. Bu, olduqca müsbət yanaşmadır".

Ramin Nurəliyev Azərbaycanın Çinlə təhsil sahəsində əməkdaşlığının Avropa ölkələrinin də diqqətini cəlb etdiyini qeyd etdi:

"Hazırda Azərbaycanın Çinlə müxtəlif sahələrdə, o cümlədən ikili diplom proqramları və digər təhsil layihələri üzrə əməkdaşlıq etməsi istər-istəməz Avropanın bir sıra ölkələrinin də diqqətini cəlb edir. Çünki Avropa ölkələri Avropa təhsili ilə yanaşı, Şərq təhsilinin də nümunələrini görmək və bu təcrübədən yararlanmaq istəyirlər. Ona görə də düşünürəm ki, bu, çox yaxşı təşəbbüsdür. Bir çox ölkələrdə olduğu kimi, Avropanın tanınmış və inkişaf etmiş universitetləri, o cümlədən Birləşmiş Krallıq universitetləri ilə əməkdaşlıq Azərbaycan təhsilinə çox böyük müsbət töhfə verə bilər".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Noyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri