Icma.az
close
up
RU
Azərbaycanlı məktəblilər “Formula 1” yoluna çıxır FOTO

Azərbaycanlı məktəblilər “Formula 1” yoluna çıxır FOTO

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan “Formula-1” tərəfindən dəstəklənən beynəlxalq STEM Racing proqramına rəsmi olaraq qoşulub.

İdman.Biz xəbər verir ki, ölkədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən icra olunan layihə mühəndislik təhsilinin təşviqinə və gənclərin yüksək texnologiyalar sahəsində gələcək karyera üçün zəruri bilik və bacarıqlara yiyələnməsinə xidmət edir.

Belə ki, proqram çərçivəsində iştirakçıların hazırlığı üçün nəzərdə tutulmuş xüsusi təlim mərkəzi - STEM Racing Hub-un açılışı baş tutub. Yeni mərkəz komandaların yarış modellərinin layihələndirilməsi, istehsalı və təkmilləşdirilməsi istiqamətində praktiki fəaliyyət göstərmələri üçün təsis edilib.

Layihənin təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov təşəbbüsün əhəmiyyətini vurğulayıb:

“Ölkəmizin bu qlobal platformanın bir hissəsinə çevrilməsi sevindirici haldır. STEM Racing proqramı məktəblilərə yalnız texniki biliklər qazandırmır, eyni zamanda komanda işi, liderlik və layihələrin idarə olunması kimi vacib bacarıqların inkişafına şərait yaradır. Proqram iştirakçılarının bir çoxu sonradan mühəndislik ixtisasları üzrə təhsil alır, qabaqcıl texnologiya şirkətlərində çalışır və hətta “Formula-1”də karyera qururlar. İnanıram ki, komandamızın dünya finalında iştirakı ölkəmiz üçün dəyərli təcrübə olacaq və minlərlə gəncə ilham verəcək.”

Proqram çərçivəsində yaradılmış “Caspian Apex” komandası ilk dəfə olaraq Azərbaycanı dünya finalında təmsil edəcək. Yarış 2026-cı il 3–8 oktyabr tarixlərində Sinqapurda (Sentosa adası) keçirilməklə dünyanın müxtəlif ölkələrindən ən güclü gənc mühəndis komandalarını bir araya gətirəcək.

STEM Racing proqramının iştirakçıları “Formula-1” komandalarının iş prinsiplərinə uyğun fəaliyyət göstərirlər. Hər iştirakçı müəyyən istiqamət üzrə cavabdehdir. Məktəblilər mühəndislik proqramlarından istifadə etməklə yarış modelini layihələndirir, aerodinamik hesablamalar aparır, hissələri 3D printerlər vasitəsilə hazırlayır, sınaqlar həyata keçirir, eyni zamanda marketinq, tərəfdaşlarla iş və təqdimatların hazırlanması istiqamətlərində fəaliyyət göstərirlər.

Proqram çərçivəsində, həmçinin 2027-ci ildə Azərbaycanda ilk STEM Racing üzrə milli çempionatın keçirilməsi planlaşdırılır. Çempionatın qalibi ölkəni dünya finalında təmsil etmək hüququ qazanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 İyun 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see500

Rusiya ilin ən iri miqyaslı dron hücumlarına məruz qaldı

02 Avqust 2026 15:32see397

Kəpəz in yeni fanklubu olacaq FOTO

02 Avqust 2026 15:23see331

Anar Ələkbərovdan 44 PAYLAŞIMI VİDEO

02 Avqust 2026 22:57see306

Hörmüzlə bağlı razılaşma yoxdur

02 Avqust 2026 16:37see256

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see255

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see249

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see217

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see215

Ukrayna dronları Rusiyada “Wildberries”in iri logistika mərkəzini vurub

03 Avqust 2026 11:17see208

Dünyanın ən böyük qəhvə istehsalçıları açıqlandı Siyahı

02 Avqust 2026 18:07see193

Beşiktaş və İtalyano serbiyalı ulduzun yolunu gözləyir

02 Avqust 2026 15:28see189

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see189

Baş redaktor: Elçinin Bayramlının həbsinin jurnalist fəaliyyəti ilə əlaqəsi yoxdur

03 Avqust 2026 11:18see184

Tələbə qızı dəm qazından boğulmuşdu 3 il sonra qəzada öldü

03 Avqust 2026 09:56see180

Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib

03 Avqust 2026 05:18see180

İstanbulda inflyasiya iyul ayında sürətlənib

02 Avqust 2026 12:57see168

Donald Tramp özünə məxsus qolf klubunda bir gündə iki çempionluq qazandı VİDEO

03 Avqust 2026 01:25see163

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see161

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri