Icma.az
close
up
RU
Azərbaycanlı məmurların fırıldağı Şimali Kiprdən saxta diplom alanlar KİMLƏRDİ...

Azərbaycanlı məmurların fırıldağı Şimali Kiprdən saxta diplom alanlar KİMLƏRDİ...

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Şimali Kipr Türk Respublikasının “bugunkibris.com” saytı “Azəri bürokratlar üçün saxta doktorluq” adlı məqalə yayımlayıb.
Modern.az xəbər verir ki, məqalə müəllifinin bildirdiyinə görə, Şimali Kiprdə dərs və ya davamiyyət yoxdur və imtahan tarixləri şəxsidir. Yüzlərlə insana, o cümlədən Azərbaycandan olan yüksək çinli məmurlara diplom verən “hibrid doktorluq” adlı qeyri-qanuni sistem qurulub.
Müəllif yazır ki, Bahçeşehir Universitetinin Şimali Kipr filialı Azərbaycandan olan şəxslərə, o cümlədən məmurlara və dövlət qulluqçularına dərslərə qatılmadan doktorluq dərəcəsi verir.
“Çevik və hibrid” adı altında həyata keçirilən bu sistemdə "tələbələrin" dərslərə qatılması tələb olunmur və akademik təqvimdən kənar xüsusi imtahanlar təşkil edilir.
Jurnalistin araşdırmasına görə, sənədlərində A almış "tələbələr" imtahan dövründə Şimali Kiprdə olmayıblar.

Dövlət idarəçiliyi, politologiya, biznes və kompüter elmləri kimi bölmələrdə qeydiyyatda olan şəxslər normal imtahan dövrlərində Şimali Kipr ərazisinə girmədən belə, onlar üçün təşkil edilən imtahanlarla doktorluq diplomlarına sahibləniblər. Üstəlik, bu xüsusi imtahanlarda normal tələbələrə verilən eyni suallardan istifadə edilir və onlar eyni zərfin içinə qoyulur; Beləliklə, YÖK və YÖDAK yoxlamalarından yayınmaq hədəflənir.

Jurnalistə məlum olub ki, 2024-cü ilin yazında işə salınan bu mexanizm hələ də davam edir. Tələbələrin bir çoxunun imtahan və kurs tarixlərində adada olmadığı müəyyən edilib. Bu şəxslər üçün heç bir hüquqi qüvvəyə malik olmayan “Hibrid doktorantura proqramı” xüsusi olaraq müəyyən edilib.

Məqalədə qeyd edilib ki, diplom üçün tələb olunan rüsum adambaşına 3000-4000 ABŞ dolları arasında dəyişir.
“Bugunkibris.com”a danışan bir akademik bu faktlara etiraz edib: "İmtahanlar onlayn ola bilməz. Dərslər yalnız vaxtın ⅓-də onlayn ola bilər və yalnız istisna hallarda. Onlar hər semestrdə ən azı 45 gün adada qalmalıdırlar. Qanunda hibrid doktorantura deyilən bir şey yoxdur. Onlara belə bir proqram açmaq da qadağandır".

Ə.Qafarlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyun 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri