Icma.az
close
up
RU
MIƏMURLARIMIZ ŞİMALİ KİPRDƏN SAXTA DİPLOM ALIB? “Bugün Kıbrıs” yazdı, ortalıq qarışdı

MIƏMURLARIMIZ ŞİMALİ KİPRDƏN SAXTA DİPLOM ALIB? “Bugün Kıbrıs” yazdı, ortalıq qarışdı

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Diplom alan şəxslərin imtahan tarixlərində Şimali Kiprə getməməsi miqrasiya məlumatlarında sübut olunub; ekspertdən şok açıqlama: “Bu saxtakarlıq təsdiqlənərsə...”

Şimali Kipr Türk Respublikasının “Bugün Kıbrıs” qəzeti şok iddia ilə çıxış edib. Qəzet Bahçeşehir Universitetinin Kipr filialında Azərbaycandan olan şəxslərə, o cümlədən bəzi məmurlara və dövlət qulluqçularına dərslərə qatılmadan saxta doktorantura diplomları verildiyini iddia edir.

Qəzetin araşdırmasına görə, “çevik və hibrid” adlanan sistem çərçivəsində tələbələrin dərslərdə iştirak etməsi tələb olunmur və onlar üçün akademik təqvimdən kənar xüsusi imtahanlar təşkil olunur. İmtahanlara qatılan şəxslərin bəzilərinin həmin dövrlərdə Kiprdə belə olmadığı miqrasiya qeydləri ilə təsdiqlənib.

İddialara əsasən, dövlət idarəçiliyi, politologiya, biznes və kompüter elmləri üzrə təhsil alan tələbələr normal imtahan dövrlərində belə Kiprə getmədən, yalnız özləri üçün keçirilən imtahanlar vasitəsilə doktorluq dərəcəsi əldə edirlər. Bu imtahanlarda adi tələbələrlə eyni suallar istifadə edilir və eyni zərfdə yerləşdirilir. Məqsəd isə nəzarət orqanlarının - YÖK və YÖDAK-ın diqqətindən yayınmaqdır.

Qəzet yazır ki, bu qeyri-qanuni sistem 2024-cü ilin yazından etibarən tətbiq olunmağa başlayıb və hazırda da davam edir. Tələbələrin böyük əksəriyyətinin imtahan və dərs tarixlərində adada olmadığı müəyyən olunub.

Bahçeşehir Kipr Universiteti Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Nuket Tanol məsələ ilə bağlı Musavat.com-a bildirib ki, 17 iyun 2025-ci il tarixində “Bugün Kıbrıs” qəzetində yayımlanmış və Bahçeşehir Kipr Universitetini hədəf alan “Azəri Bürokratlara Saxta Doktora” başlıqlı yazı tamamilə əsassız, qərəzli və universitetimizin nüfuzuna xələl gətirməyə yönəlmiş iftira xarakterli məlumatlardan ibarətdir.

Həmin faktlar öz təsdiqini tapsa, saxta yolla diplom alanlarla bağlı müvafiq ölçü götürülməlidirmi? Ümumiyyətlə, Türk Kipri ilə bağlı məsələ Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən araşdırıla bilərmi?

Kamran Əsədov

Təhsil üzrə mütəxəssis Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Şimali Kipr Türk Respublikasının “Bugün Kıbrıs” qəzetində 2025-ci il iyunun 17-də dərc olunmuş və Bahçeşehir Kipr Universitetində Azərbaycandan olan şəxslərə guya dərslərə qatılmadan, hibrid sistem adı altında saxta doktorantura diplomlarının verilməsi ilə bağlı irəli sürülən iddialar Azərbaycan ictimaiyyəti üçün ciddi narahatlıq doğurur: “İddialar təsdiqlənərsə, bu təkcə bir universitetin deyil, bütövlükdə elmi dərəcə sisteminin nüfuzuna, elmi etikaya və dövlət idarəetməsində səriştə prinsipinə ağır zərbə ola bilər. Təhsilin forma və məzmun birliyinin pozulması, elmi dərəcənin ”kağız üzərində prosedur" formasında təqdim olunması həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir.

Azərbaycan Respublikasının “Elm haqqında” Qanununun 31-ci maddəsinə əsasən, xarici ölkələrdə verilmiş elmi dərəcələrin və adların tanınması və onların hüquqi nəticələr doğurması yalnız müvafiq icra hakimiyyəti orqanı - Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Bu tanınma yalnız həmin dərəcənin qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq əldə edildiyi hallarda mümkündür. Qanunun 31.2-ci maddəsində isə birbaşa qeyd olunur ki, qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun olmayan elmi dərəcələrin tanınması qadağandır. Əgər iddialar doğrudursa və doktorluq dərəcələri dərsə qatılmadan, təqvimdən kənar süni imtahanlar vasitəsilə əldə edilibsə, bu, açıq şəkildə həmin qanun müddəalarının pozulması deməkdir və belə diplomların tanınması hüquqi baxımdan əsassızdır.

Araşdırmalarda qeyd olunur ki, diplom alan şəxslərin imtahan tarixlərində ümumiyyətlə Kiprdə olmaması miqrasiya məlumatları ilə sübut olunub. Bu, yalnız etik deyil, həm də hüquqi baxımdan saxtakarlıq əlaməti daşıyır. Əgər bir şəxs tədris və imtahan prosesi zamanı fiziki olaraq təhsil aldığı ölkədə iştirak etməyibsə, o zaman həmin şəxsə verilən elmi dərəcə formaldır və elmi səviyyəni təsdiqləmir. Nəticə etibarilə, həmin diplomun Azərbaycanda nostrifikasiyası - yəni tanınması - həm qanuna, həm də elmi dəyərlərə ziddir".

Ekspert əlavə edib ki, 2023-cü ilə qədər Azərbaycanda illik nostrifikasiya üçün müraciət edən xarici diplom sahiblərinin sayı 2500-ə yaxın olub və bunların 18%-i Türkiyə və Şimali Kipr universitetlərindən əldə edilmiş sənədlərlə müraciət edənlərdir: “Bu da göstərir ki, Kipr ali məktəblərinin verdiyi diplomların Azərbaycanda tanınmasında xüsusi pay mövcuddur. Lakin bu cür halların artması ümumilikdə bu istiqamətdən gələn diplomlara qarşı güvəni sarsıdır və dövlət orqanlarında, xüsusilə akademik və inzibati sahələrdə çalışanların dərəcələri ilə bağlı ictimai şübhələri artırır.

Müsbət cəhət ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi son illərdə nostrifikasiya prosesində şəffaflıq və nəzarəti artırıb. Artıq bəzi ölkələrin təhsil müəssisələri üzrə diplomların daha detallı yoxlanılması, müvafiq imtahanların tətbiqi və sənədlərin orijinallığının yoxlanılması istiqamətində irəliləyiş var. 2022-ci ildən etibarən Nazirlik Gürcüstan, Ukrayna və Şimali Kipr kimi regionlardan gələn diplomlara qarşı fərdi qaydada təhlil və təftiş mexanizmi tətbiq edir. Bu tendensiyanın daha da gücləndirilməsi vacibdir.

Dünya təcrübəsində bu tip halların qarşısını almaq üçün təhsil diplomlarının beynəlxalq keyfiyyət təminatı orqanları - məsələn, ENIC/NARIC şəbəkəsi - vasitəsilə qarşılıqlı verifikasiya sistemləri mövcuddur. Estoniyada, Almaniyada və Kanadada xarici diplomların tanınması zamanı ali məktəbin akkreditasiya statusu, proqramın tamlığının sübutu və fiziki iştirak sənədləri (məsələn, giriş-çıxış möhürləri, tələbə kartları, tədris günləri) tələb olunur. Azərbaycanda da buna bənzər şəkildə diplomların yalnız təqdimatına əsasən deyil, ətraflı elektron və hüquqi təhlili əsasında tanınması prosesi genişləndirilməlidir.

Əgər Bahçeşehir Kipr Universitetində bu cür qeyri-qanuni təcrübələr sübuta yetirilərsə, Azərbaycan tərəfindən aşağıdakı tədbirlərin görülməsi qaçılmaz olacaq: həmin diplomlar üzrə nostrifikasiya prosesinin dərhal dayandırılması, diplomla vəzifəyə təyin olunmuş şəxslərin mövqelərinə yenidən baxılması, mövcud nostrifikasiya qərarlarının ləğv edilməsi, müvafiq şəxslərin inzibati və ya hüquqi məsuliyyətə cəlb olunması. Eyni zamanda, bu halların baş verməsinə imkan yaradan universitetlərlə əməkdaşlıq, tələbə göndərişi və ya tanınma əlaqələrinin də dayandırılması müzakirə olunmalıdır.

Nəticə etibarilə, bu məsələ yalnız bir universitetin reputasiyasına deyil, Azərbaycan Respublikasının təhsil sisteminin və dövlət idarəçiliyinin səmərəliliyinə toxunan məsələdir. Təhsildə saxtakarlıq və formal diplomlaşma tendensiyası dayandırılmadığı halda, nə elmi inkişafdan, nə də səriştəyə əsaslanan dövlət quruculuğundan bəhs etmək mümkün olmayacaq. Bu səbəbdən dövlət orqanları, ictimaiyyət və medianın bu məsələni ciddi şəkildə izləməsi və hüquqi mexanizmlərin işə salınması zəruridir. Təhsilin nüfuzu və cəmiyyətin etimadı yalnız şəffaflıq, səmimiyyət və keyfiyyət üzərində inşa edilə bilər".

Qeyd edək ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də sorğu ünvanlamışıq, cavablandırıldığı təqdirdə yayımlayacağıq. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://mia.az
archiveBu xəbər 21 İyun 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see300

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see148

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see135

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see121

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri