Icma.az
close
up
RU
Şimali Kiprdən Qarabağa, Şuşaya mesaj

Şimali Kiprdən Qarabağa, Şuşaya mesaj

Icma.az, Modern.az saytına istinadən bildirir.

Şimali Kiprlə Azərbaycan arasında qurulan körpü hər gün daha da möhkəmlənir.

Modern.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazir müavini və Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit naziri  Fikri Ataoğlu Bakıda keçirilən Şimali Kipr Mədəniyyət Günlərinin açılış mərasimində çıxışı zamanı deyib.

F.Ataoğlu bildirib ki, tədbir Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasında son illərdə formalaşan münasibətlərin daha da inkişaf etməsinə xidmət edir:

“Bu gün çox önəmli bir gündür. Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin can Azərbaycanla ötən illər ərzində qurmağa başladığı körpünün daha da irəliyə doğru getməsi ilə bağlı bir gündür. Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin mədəniyyətinin, qastronomiyasının və tarixi zənginliklərinin buradakı qardaşlarına təqdim olunduğu bir gündür”, – deyə o bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan xalqının Qarabağ və Şuşa ilə bağlı yaşadığı ağrılar Şimali Kipr türkləri tərəfindən də hər zaman paylaşılır:

“Ötən illər ərzində Qarabağ hamımızın dərdi, Şuşa hamımızın dərdi olduğu kimi, Şimali Kipr Türk Cümhuriyyəti də eyni dərəcədə hamımızın məsələmizdir. Bu səbəbdən Şimali Kipr Türk Cümhuriyyətindən Qarabağa, Şuşaya və Azərbaycana salamlar göndərirəm”.

F.Ataoğlu tədbirdə yüksək səviyyəli iştirakın təmin olunduğunu da diqqətə çatdırıb:

“Bu gün Baş nazirimizin, nazirlərimizin, millət vəkillərimizin, ana vətən Türkiyədən gələn millət vəkillərinin və Azərbaycandakı millət vəkillərinin iştirakı ilə ‘Üç dövlət, bir millət’ anlayışının növbəti təzahürünü yaşayırıq”.

O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında türk dünyasında birlik və həmrəylik daha da güclənir:

“Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın və cənab Prezident İlham Əliyevin liderliyi ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin gələcəyə doğru irəliləməsi və bu gün nümayiş etdirdiyimiz birlik və bərabərlik xüsusi əhəmiyyət daşıyır”.

Nazir tədbirin İçərişəhərdə keçirilməsinin də rəmzi məna daşıdığını bildirib. Onun sözlərinə görə, hazırlıq prosesində Azərbaycan tərəfinin göstərdiyi dəstək xüsusi təqdirəlayiqdir:

“İçərişəhərdə bu tədbirin keçirilməsi ilə bağlı görüşlər zamanı həm İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu rəhbərliyinin, həm də digər məsul şəxslərin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı məsələlərə böyük həssaslıq və səmimiyyətlə yanaşdıqlarının şahidi oldum. Buna görə bütün qardaşlarımıza təşəkkür edirəm”.

F.Ataoğlu çıxışının sonunda Azərbaycan və Şimali Kipr arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 İyun 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri