Icma.az
close
up
RU
Azərbaycanlı Peyğəmbərə qarşı qəsdin önünü necə aldı?

Azərbaycanlı Peyğəmbərə qarşı qəsdin önünü necə aldı?

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Zəngilər əsasən Qərbi Azərbaycanda İrəvan mahalı ərazisində yaşamışlar. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngi çayı da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan almışdır. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngəzur bölgəsində yaşamışlar.

Ümumiyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Bu ərazilərdən Mosul şəhərinə köçən zəngilər burada da məskunlaşıblar və sonradan Dəməşq şəhərinin əmiri olacaq Nurəddin Mahmud Zəngi 1116-cı ildə burada anadan olur.

Əfşar türkü olan Nurəddin Zəngi I İmadəddin Zənginin oğludur. Sonradan dünya tarixində imza qoyacaq Səlahəddin Əyyubini 17 yaşında öz sarayına dəvət edib onu hərbçi və siyasətçi kimi yetişdirən məhz Nurəddin Zəngi olub.

Nurəddin Zənginin sayəsində Əl-Əqsa məscidi səlibçilərdən geri alınır və məscid yenidən təmir edilir. Qüdsü daima qorumağı və onu səlibçilərə verməməyi vəsiyyət edən, islam tarixində ilk dəfə olaraq müsəlmanları bir araya gətirib səlibçilərə qarşı müdafiə olunmağın bünövrəsini məhz Nurəddin Zəngi qoymuşdur.

İbn Əl-Əsir yazır ki, islam tarixində ən ədalətli hökmran əfşar türkü olan Nurəddin Zəngi idi.

Çox az tarixçi bilir ki, məhz Peyğəmbərin (s) nəşinin oğurlanmasının qarşısını da o alıb.

Hafiz İbn Kəsir “Əl-Bidayə vəən-Nihayə”, İbn Cübeyr “Rihlə”, Əbu Şamə əl-Maqdisi “Kitabər-Rövdateyn” və İmam Səmhudi “Vəfaül-Vəfa bi əxbari daril-Mustafa” adlı əsərlərində bu barədə yazıblar.

1162-ci ildə Nurəddin Zəngi qəribə bir yuxu görür: yuxuda Peyğəmbər Məhəmməd (s) ona görünərək, iki sarışın adama tərəf işarə edir və deyir: “Məni xilas et! Məni onlardan xilas et”.

Yuxudan sonra səfərə hazırlaşıb Mədinəyə gəldikdə, vəzir şəhər sakinlərini Peyğəmbər (s) məscidinə toplayır və onlara deyir: “Sultan Peyğəmbərin (s) qəbrini ziyarət etməyə gəlib və özü ilə çoxlu miqdarda pul gətirib. Sakinlərinizin dəqiq sayını yazın”.

Mədinəyə daxil olan kimi şəhərin qapılarını bağlatdırır ki, heç kim qaçıb gizlənə bilməsin.

Mədinə sakinlərinin siyahısı hazır olan kimi onların hamısı növbə ilə sultanın hüzuruna gəlir və ondan sədəqə alır. Sultan hər kəsin üzünə diqqətlə baxırdı, lakin gələnlərdən heç biri onun yuxusundakı insanların təsvirinə uyğun gəlmirdi. Lakin sonradan Mədinədə olan iki nəfər qonaq da gəlir və Zəngi onları Mədinəyə gəlişlərinin məqsədi barədə sorğu-sual etməyə başlayır.

Mənbələr yazır ki, bu iki şəxs Mədinəyə gəldikdən sonra Peyğəmbər (s.) məscidinə çox yaxın, Peyğəmbərimizin qəbrinin olduğu otağın tam qonşuluğunda bir ev kirayələyirlər.

Sultan Nurəddin şəxsən onların evini nəzərdən keçirir və döşənəyi qaldırarkən birbaşa Peyğəmbərin (s) nəşinin dəfn olunduğu otağına aparan yeraltı tunellə qarşılaşır.

Cinayətkarlar hadisə yerində yaxalanırlar və səmimi etiraf edirlər ki, onlar zəvvar qismində Peyğəmbərin (s) cəsədini oğurlamaq üçün Mədinəyə göndərilmiş xristianlardır. Onlar bildirirlər ki, bu iş üçün onlara böyük məbləğdə vəsait ayrılıb. Hər birinin dəri torbası var idi, qazdıqları qumu ora doldurub, Baqi qəbiristanlığında qəbirlərin arasına tökürdülər – izlərini belə gizlədirdilər.

Cinayətkarlar edam edilir, Peyğəmbərin (s) məzarının ətrafında isə xəndək qazılaraq, içi əridilmiş qurğuşunla doldurulur. Bu dairəvi qurğuşun divar gələcəkdə edilə biləcək bu cür cəhdlərin qarşısını almaq üçün bir sipər rolunu oynayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 İyun 2026 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri