Icma.az
close
up
RU
Azərbaycanlı professor minillərdir tapılmayan tənliyi həll etdi

Azərbaycanlı professor minillərdir tapılmayan tənliyi həll etdi

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin İğdır Universitetində çalışan azərbaycanlı riyaziyyat elmləri doktoru, professor Kamal Soltanov minillərdir tapılmayan "Navye-Stoks bərabərliyi"ni həll edib.

Teleqraf.com "Azərbaycan" qəzetinə istinadən xəbər verir ki, Kamal Soltanovun bir çox nailiyyəti olmasına baxmayaraq, onun ən çox səs salan uğuru məhz "Navye-Stoks bərabərliyi"nin həllini tapmasıdır.

Belə ki, "Navye-Stoks bərabərliyi" uzun illər həlli tapılmayan vacib, klassik məsələlər olan 7 riyazi problemdən biridir. Məlumat üçün bildirək ki, sözügedən 7 riyazi problemdən yalnız biri- "Puankare hipotezi" 2010-cu ildə rus riyaziyyatçısı Qriqori Perelman tərəfindən həll edilib.

120-dən çox elmi məqalənin müəllifi olan Kamal Soltanov tənliyin həllini tapması ilə bağlı bu sözləri bildirib: "Navye-Stoks bərabərliyi" qeyri-xətti olduğu üçün onun həll edilməsi illərlə mümkün olmayıb. Bu tənliklər əldə edildikdən 100 il sonra 1932-ci ildə onun üçün qoyulmuş problemin zəif həllinin varlığı isbat edilib, hansı funksiylar sinfində olduğu tapılıb. Amma "həll təkdir, yoxsa çoxdur" sualı açıq qalıb. Buna görə də 90 il idi ki, heç bir nəticə əldə edilmirdi. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən bu problemi həll etdim. Bunun çox önəmli olduğunu deməkdən çəkinmirəm".

Qeyd edək ki, K.Soltanov 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) ali təhsilini başa vurduqdan sonra Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda işləyib. O, Moskva Dövlət Energetika İnstitutunun aspiranturasında təhsil alıb, bundan sonra Bakıya dönüb və yenidən Riyaziyyat və Mexanika İnstitutunda işə başlayıb. 27 il sözügedən elm ocağında riyaziyyatın sirlərini araşdırıb, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib. Çalışdığı illərdə elmin üst pilləsinə yüksəlib, professor olub.

O, 13 il Türkiyənin Hacettepe universitetində işlədikdən sonra 2020-ci ildən bu yana tədqiqatlarını İğdır univeresitetində davam etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 05 Dekabr 2024 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see255

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see236

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see232

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see228

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see226

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see225

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see218

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see216

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see213

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see201

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see198

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see197

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see197

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see196

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see193

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see191

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see189

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see184

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see177

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri