Icma.az
close
up
RU
Azərbaycanlı professor Moskva İslam İnstitutunun tələbə və müəllim heyətinə məruzə oxuyub

Azərbaycanlı professor Moskva İslam İnstitutunun tələbə və müəllim heyətinə məruzə oxuyub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 fevral, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun və Moskva İslam İnstitutunun rektoru professor Damir Muhetdinovun rəhbərliyi ilə bu iki müəssisənin əməkdaşlıq layihəsinə və 2024-cü ildə imzalanmış sazişə əsasən “Mədinə” nəşriyyat evinin “İslamın minarəsi” jurnalının bir neçə nömrəsi Azərbaycan klassiklərinə həsr ediləcək. Artıq jurnalın ilk nömrəsi dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilib və Ədəbiyyat Muzeyində jurnalın təqdimatı keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Moskva İslam İnstitutu ilə növbəti əməkdaşlığı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri professor Şəfəq Əlibəyli gerçəkləşdirib. Şəfəq Əlibəyli “Nizami Gəncəvinin “Xəmsə” əsəri haqqında düşüncələr” mövzusunda tələbə və müəllim auditoriyası qarşısında onlayn məruzə edib.

Şərqşünas alim bildirib ki, Nizami Gəncəvi əbədiyaşar şair və mütəfəkkirlərdəndir. Hər zaman, hər bir nəsil Nizami poeziyasında öz dövrünə, öz ruhuna yaxın olan məqamları izləyə bilir. Nizami “Xəmsə”si öz mövzu rəngarəngliyi ilə yaşından, sənətindən asılı olmayaraq hər kəsi heyran edib. Şairin poeziyasının istər mövzu, istər ədəbi-bədii quruluş, istərsə də dil və üslub baxımından orijinal xüsusiyyətləri ilə fərqləndiyini açıqlayan Şəfəq Əlibəyli dahi şairin yaradıcılığından nümunələr səsləndirib.

Orijinal əsər və tərcümənin xüsusiyyətlərindən bəhs edən alim “Xəmsə”nin tərcüməsindən söz açaraq qeyd edib ki, fars dilini bilməsi ona nəinki Nizami Gəncəvi yaradıcılığını, həmçinin klassik ədəbiyyat nümunələrini orijinaldan mütaliə etmək imkanı yaradıb.

Şəfəq Əlibəyli elmi mühazirəsi əsasında tələbələri maraqlandıran suallara aydınlıq gətirərək cavablandırıb.

Bu mühazirəni, Şəfəq Əlibəyli ilə tələbələr arasında yaranan səmimiyyəti xüsusi dəyərləndirən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moskva nümayəndəliyinin icraçı direktoru, Azərbaycan İlahiyyat İnstitutunun fəxri doktoru Səfa Kərimov belə mühazirələrin mütəmadi olmasını diləyib. O, belə layihələrin və əməkdaşlığın davamlı olmasının həm Azərbaycan, həm də Rusiya tələbələri arasında qarşılıqlı fikir mübadiləsi aparmaq imkanları yaradacağını qeyd edib.

Daha sonra növbəti layihələrdə, həmçinin beynəlxalq konfranslarda və elmi platformalarda Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin də təmsil olunması təklif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri