Londonda azərbaycanlı tələbələrin karyera inkişafına həsr olunan tədbir keçirilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
London, 16 noyabr, AZƏRTAC
Londonda “Karyera Üfüqləri 2025: Böyük Britaniyadakı Azərbaycanlı Tələbələr üçün Dəstək və İnkişaf” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir İmperial Kollecdəki Azərbaycan Cəmiyyətinin sədri Aygün Həsənova tərəfindən təşkil olunub. Tədbirin məqsədi Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrin müxtəlif sahələr üzrə karyera imkanları haqqında məlumatlandırılması və onların peşəkar mühitlə əlaqələrinin gücləndirilməsi olub.
İştirakçılar maliyyə, süni intellekt, data elmi, dayanıqlılıq, enerji, proqram mühəndisliyi və kadr seçimi kimi sahələri təmsil edən müxtəlif şirkətlərin nümayəndələri ilə görüşüblər. Tədbirdə BP, “Medtronic”, “Position Green”, “JP Morgan”, “Quantaco”, “Wise”, “Coinbase”, “City St George’s, University of London”, “Google” və “BNP Paribas” kimi nüfuzlu qurumların azərbaycanlı nümayəndələri tələbələrlə təcrübələrini bölüşüb və onların suallarını cavablandırıblar.
Panel müzakirələrində karyera yolları, liderlik, rəqabətli sahələrə giriş, böyük texnologiya şirkətlərində iş imkanları, data və süni intellekt sahəsində inkişaf perspektivləri kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Bu cür təşəbbüslərin Böyük Britaniyada təhsil alan azərbaycanlı gənclərin peşəkar inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 16 Noyabr 2025 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















