Azərbaycanlı şagirdlər oxu bacarığında region birincisi oldu
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan 2025-ci il üzrə PISA nəticələrində məntiq və oxuma bacarıqları üzrə Ermənistan və Gürcüstanla müqayisədə daha yüksək göstərici nümayiş etdirib.
Modern.az xəbər verir ki, 2025-ci il nəticələrinə əsasən, Azərbaycan, Ermənistan və Gürcüstanın göstəriciləri müqayisə edildikdə, məntiq üzrə ən yüksək nəticə Azərbaycana məxsus olub. Azərbaycan 422 bal toplayıb. Gürcüstan 416, Ermənistan isə 377 bal əldə edib.
Riyaziyyat üzrə isə üç ölkə arasında ən yüksək göstəricini 415 balla Gürcüstan göstərib. Azərbaycanın nəticəsi 374, Ermənistanın nəticəsi isə 359 bal olub.
Oxuma bacarıqları üzrə Azərbaycan 388 balla üç ölkə arasında ən yüksək nəticəni göstərib. Ermənistan 377, Gürcüstan isə 364 bal toplayıb.
Bununla belə, hər üç ölkənin nəticələri OECD ölkələri üzrə orta göstəricidən aşağıdır.
OECD üzrə orta göstərici elm üzrə 482, riyaziyyat üzrə 463, oxuma bacarıqları üzrə isə 461 bal təşkil edir.
Qeyd edək ki, PISA – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən beynəlxalq təhsil araşdırmasıdır. Proqram çərçivəsində 15 yaşlı şagirdlərin məktəbdə əldə etdikləri bilik və bacarıqları real həyat situasiyalarında tətbiq etmək qabiliyyəti qiymətləndirilir.
Aydan Qasımova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 10 Sentyabr 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















