Azərbaycanlı sürücü Almaniyada qəza törətdi İki avtomobili əzdi, üç nəfər yaraladı FOTO VİDEO
Icma.az bildirir, Bakupost portalına istinadən.
Əslən Azərbaycandan olan 32 yaşlı sürücü Almaniyada ağır qəza törətdi.
Bakupost.az “dpa” agentliyinə istinadən xəbər verir ki, Hessen əyalətinin Gissen şəhərində avtomobilin avtobus dayanacağına çırpılması nəticəsində üç nəfər xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə dünən yerli vaxtla təxminən 16:30-da baş verib. Polis məlumatına görə, sürücü hadisədən qısa müddət sonra saxlanılıb. Hüquq-mühafizə orqanları insidentin dəqiq səbəblərinin hələlik məlum olmadığını bildirib.
Polisin sözçüsü Qvido Rerin açıqlamasına əsasən, şübhəli şəxs “Audi” markalı avtomobillə hərəkətdə olarkən əvvəlcə svetofor yaxınlığında eyni istiqamətdə dönən iki avtomobillə toqquşub. Bundan sonra yoluna davam edən sürücü avtobus dayanacağına girib və üç nəfəri əzib.
Qəzadan sonra avtomobili saxlamayan sürücü hadisə yerindən qaçmağa çalışıb. Lakin bir qədər aralıda polis tərəfindən həbs olunub.
Polis hazırda hadisənin qəza, səhlənkarlıq və ya digər mümkün səbəblərini araşdırır. “Hadisənin dəqiq halları hələ məlum deyil və istintaq davam edir”, – deyə polis sözçüsü bildirib.


Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 23 Dekabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















