Azərbaycanlı sürücünün idarə etdiyi yük maşını yolda qəfil alovlandı Video
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Samsun-Ankara avtomobil yolunda azərbaycanlı sürücünün idarə etdiyi təhlükəli maddə daşıyan yük avtomobili hərəkətdə olarkən qəflətən alovlanıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Samsun-Ankara yolunun 13-cü kilometrliyində, Gürgenyatak yaxınlığında baş verib.
Azərbaycan vətəndaşı Cəmaləddin Məmmədovun idarə etdiyi 77 HR 176 dövlət nömrə nişanlı yük maşını hərəkətdə olarkən əyləc sistemində nasazlıq üzündən idarəetməni itirib.
Nəticədə yük maşınının qoşqusu alovlanıb. Yük maşını əvvəlcə avtomobilə çırpılıb, daha sonra yanan boyalarla dolu qutular digər avtomobillərin üzərinə aşıb.
Qəza nəticəsində bir nəfər yaralanıb. Yük maşını isə təxminən 4 kilometr yanaraq keçdiyi yolu alova qərq edib.
Maşından tökülən yanar materiallar yol kənarını və orta zolağı alovlandırıb. Ətrafdakı meşədə də yanğın başlayıb.
Samsun Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi və Meşə Əməliyyat Müdirliyi qrupları alovu yayılmadan qısa müddətdə söndürüb.
Yanğınsöndürmə işləri tamamlandıqdan sonra yol nəqliyyatın hərəkətinə açılıb.

Baxış sayı:100
Bu xəbər 18 Avqust 2025 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















