Azərbaycanlı tələbə beynəlxalq riyaziyyat müsabiqəsində ən yüksək nəticə göstərən iştirakçılardan olub
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 28 yanvar, Xatirə Cəfərova, AZƏRTAC
UNEC Rəqəmsal İqtisadiyyat fakültəsinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi Ariz Məhərrəmli “International Astronomy and Astrophysics Competition” təşkilatı tərəfindən keçirilən “International Youth Math Challenge (İYMC) 2025” adlı beynəlxalq riyaziyyat müsabiqəsinin birinci mərhələsində dünya ölkələri arasında ən yüksək nəticə göstərən 16 iştirakçıdan biri olub.
Ariz Məhərrəmli AZƏRTAC-a müsahibəsində müsabiqə ilə bağlı təəssüratlarını bölüşüb.
O, bu nəticəni böyük uğur, eyni zamanda ciddi məsuliyyət kimi dəyərləndirib: “Minlərlə iştirakçı arasında ilk 16-lıqda yer almaq davamlı zəhmətin nəticəsidir və Azərbaycan gənclərinin beynəlxalq səviyyədə potensialını nümayiş etdirir. Özümü beynəlxalq arenada sınamaq istəyi əsas motivasiyam olub. Orta məktəb illərindən etibarən riyaziyyat olimpiadalarında iştirak etmişəm. Hazırlıq prosesi əsasən məntiqi təfəkkürün inkişafına və qeyri-standart məsələlərin dərindən anlaşılmasına yönəlmişdi”.
Beynəlxalq riyaziyyat olimpiadalarının onun şəxsi və peşəkar inkişafına mühüm töhfələr verdiyini bildirən Ariz Məhərrəmli deyib: “Bu olimpiadalar analitik düşüncə, səbr və vaxtın düzgün idarə olunması bacarıqlarımı inkişaf etdirib. Problemlərə daha sistemli və məqsədyönlü yanaşmağı öyrənmişəm. Riyaziyyat informasiya təhlükəsizliyində məntiq və analizin əsasını təşkil edir. Xüsusilə kriptoqrafiyada istifadə olunan alqoritmlər mürəkkəb riyazi tənliklərə əsaslandığı üçün bu biliklər onların arxa planda necə işlədiyini anlamağa və təhlükəsizlik səviyyəsini düzgün qiymətləndirməyə kömək edir”.
Ariz Məhərrəmli ötən il NASA-nın rəsmi saytı (landsat.gsfc.nasa.gov) üzərində ciddi təhlükəsizlik boşluğu aşkarlayaraq bu barədə qurumun təhlükəsizlik komandasına məlumat verib. NASA tərəfindən tələbəyə rəsmi təşəkkür də bildirilib. O, bu təcrübə ilə bağlı deyib: “NASA-nın sistemində CSRF tipli təhlükəsizlik boşluğunu aşkar edib rəsmi şəkildə bildirməyim mənim üçün çox vacib təcrübə oldu. Bu hadisə biliklərimin real sistemlərdə tətbiq oluna bildiyini göstərdi və gələcək hədəflərim üçün ciddi motivasiya yaratdı”.
Gələcək planlarından danışan Ariz Məhərrəmli bildirib ki, informasiya təhlükəsizliyi sahəsində həm pentest, həm də blue team — müdafiə tərəfi üzrə ixtisaslaşmaq istəyir: “Məqsədim beynəlxalq platformalarda uğur qazanaraq Azərbaycanı bu sahədə savadlı və güclü mütəxəssislərlə layiqincə təmsil etməkdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 28 Yanvar 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















