Icma.az
close
up
RU
Azərbaycanlı tələbələr Rusiyanı seçir? Rəqəmlərdəki GERÇƏK

Azərbaycanlı tələbələr Rusiyanı seçir? Rəqəmlərdəki GERÇƏK

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-cı ilin ilk altı ayında 9400-dən çox Azərbaycan vətəndaşı təhsil almaq üçün Rusiyaya daxil olub. RİA Novosti-nin məlumatına görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üçdə bir artıb. Son altı ayda 9434 Azərbaycan vətəndaşı təhsil almaq üçün Rusiyaya daxil olub.

Yanvar-iyun ayları arasında Rusiya 202 640 əcnəbi tələbəni qəbul edib. Rusiyaya təhsil almaq üçün ən çox tələbə Qazaxıstan (47 156), Çin (42 526), Özbəkistan (26 478), Tacikistan (22 052) və Qırğızıstandan (12 775) gəlib.

Bəzi digər ölkələrdən tələbə axını da əhəmiyyətli dərəcədə artıb: Rusiyaya təhsil almaq üçün gələn Banqladeş vətəndaşlarının sayı yarıdan çox artaraq 1076 nəfərə çatıb, Nigeriya vətəndaşlarının sayı isə demək olar ki, ikiqat artaraq 568 nəfərə çatıb. Rusiyanı azərbaycanlı tələbələr üçün daha cəlbedici edən nədir? Orta məktəbdə rusca təhsil, yoxsa... Hazırda Rusiya təhsilinin səviyyəsi nə yerdədir?

Mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Musavat.com-a danışıb.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının Rusiya Federasiyasına təhsil miqrasiyasının 2026-cı ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üçdə bir (33%) artaraq 9 434 nəfərə çatması, regional geosiyasi dəyişikliklər, daxili sosiomədəni tələb və institutusional stimulların kəsişməsində baş verən sistemli bir reallıqdır: "Bu dövrdə Rusiyanın qəbul etdiyi ümumi 202 640 əcnəbi tələbə fonunda Azərbaycan ilk altı ayda ölkəyə gələn tələbə sayına görə Qazaxıstan (47 156), Çin (42 526), Özbəkistan (26 478), Tacikistan (22 052) və Qırğızıstandan (12 775) sonra tələbə göndərən əsas aparıcı ölkələrdən birinə çevrilmişdir. Eyni trend Banqladeş (1 076 nəfər olmaqla yarıdan çox artım) və Nigeriya (568 nəfər olmaqla ikiqat artım) kimi ölkələrdə də müşahidə olunur".

İlqar Orucov hesab edir ki, azərbaycanlı gənclərin Rusiyada təhsilə marağının artmasının əsas səbəblərindən biri Azərbaycanda rus bölməsinin mövcudluğudur:

"Azərbaycanlı gənclər üçün bu artımın kökündə duran əsas faktor respublikada fundamental dayaqları olan orta məktəblərdə rus bölməsinin mövcudluğudur. Bu dil kapitalı gənclərə dil baryeri olmadan Rusiyanın akademik mühitinə birbaşa və sürətli inteqrasiya koridoru təmin edir. Eyni zamanda, Rusiyanın "Rossotrudniçestvo" xətti ilə hər il təqdim etdiyi pulsuz hökumət kvotaları, coğrafi logistikanın rahatlığı, vizasız rejim və tələbələrə təhsil müddətində sadələşdirilmiş qanuni işləmək/yaşayış hüququnun verilməsi bu istiqaməti əlverişli və cəlbedici bir iqtisadi-miqrasiya kanalına çevirir. Hazırda Rusiya təhsil sisteminin akademik statusu ziddiyyətli bir transformasiya dövrünü yaşayır. Belə ki, bir tərəfdən fundamental elmlər, nəzəri fizika, tətbiqi riyaziyyat, kibernetika və mühəndislik sahələrində güclü sovet elmi məktəblərinin intellektual irsi və M.V. Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva Fizika-Texnika İnstitutu, N.E. Bauman adına Moskva Dövlət Texniki Universiteti kimi flaqman universitetlərin daxili keyfiyyəti qorunub saxlanılır".

Lakin İlqar Orucov Rusiyanın beynəlxalq akademik mühitə inteqrasiyası baxımından müəyyən problemlərlə üzləşdiyini də bildirib: "2022-ci ildən sonra ölkənin Boloniya prosesindən kənarlaşdırılması, qlobal elmi bazalardan (Scopus, Web of Science) və beynəlxalq qrant proqramlarından (Erasmus+) təcrid olunması sistemin beynəlxalq inteqrasiyasına və qlobal reytinqlərdəki (QS, Times Higher Education) statusuna ciddi təsir göstərib".

Ekspert həmçinin, azərbaycanlı tələbələrin üstünlük verdiyi digər əsas istiqamət olan Türkiyə ilə Rusiya arasında da mühüm fərqlərin olduğunu vurğulayıb:

"Azərbaycanlı tələbələrin ən çox üstünlük verdiyi digər əsas istiqamət olan Türkiyə ilə müqayisə etdikdə isə struktur fərqlilikləri aydın görünür. Rusiya təhsil sistemi post-sovet məkanına istiqamətlənmiş, qapalı milli modelə və fundamental nəzəri bazaya söykəndiyi halda, Türkiyə ali təhsil sistemi Boloniya prosesinin tamhüquqlu üzvü olaraq Avropa Kredit Transfer Sistemini və beynəlxalq səviyyədə tanınma təmin edən Europass Diplom Əlavəsini (Diploma Supplement) tətbiq edir, qlobal əmək bazarına, eləcə də beynəlxalq akkreditasiyaya tam inteqrasiya olunmuş müasir mühəndislik, tibb, biznes və menecment proqramları təklif edir. Xarici Tələbə İmtahanı olan YÖS vasitəsilə dövlət universitetlərinə əlçatan qəbul mexanizmi və ODTÜ, İTÜ, Bilkent, Koç kimi ingilisdilli qlobal institutların varlığı Türkiyəni güclü rəqib edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Sentyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see600

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see287

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see236

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see213

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see205

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see167

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri