Icma.az
close
up
RU
Azərbaycanlı turistlərin kruiz səyahətlərinə marağı artır

Azərbaycanlı turistlərin kruiz səyahətlərinə marağı artır

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kruiz gəmilərinə olan maraq son illərdə əhəmiyyətli dərəcədə artıb. Dünyanın bir çox ölkəsində bu növ istirahət populyarlaşıb və turistlər üçün eksklüziv səfər imkanları təqdim edir.

Turizm eksperti Ruslan Quliyev Metbuat.az-a açıqlamasında bildirib ki, kruiz səyahəti bahalı bir istirahət növüdür.

Ekspertin sözlərinə görə, son illərdə Azərbaycan vətəndaşları da müxtəlif marşrutlar üzrə bu səfərlərdə iştirak edir:

“Kruiz turizmində məhsul çox spesifik olduğundan, rezervasiya qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Adətən sentyabr, oktyabr və noyabr aylarında növbəti ilin dünya üzrə bütün turizm marşrutları təsdiqlənir və öncədən rezervasiyalar həyata keçirilir. Buradakı riskli tərəf ondan ibarətdir ki, bəzi turizm paketlərində rezervasiyanı yalnız həftə və ya üç gün öncə ləğv etmək mümkündür, lakin kruiz paketlərində qərar ay yarım əvvəl verilməlidir. Hətta bir ay öncə rezervasiya ləğv olunarsa, 100% cərimə tətbiq olunur”.

R.Quliyev qeyd edib ki, kayutalar lüks kateqoriyalara ayrılır və bu, qiymətə təsir edir:

“Lüminatorlu (pəncərəli) və lüminatorsuz kayutalar var. Bəzi gəmilərdə 3–4 minə yaxın sərnişin olur. Marşrutdan asılı olaraq müxtəlif ölkələrdə müəyyən günlər qeyd edilir, məsələn, Kapitan günü və digər əyləncələr təşkil olunur. Limana yaxınlaşan zaman müxtəlif şəhərlərdə ekskursiyalar və gəzintilər keçirilir, bu müddətdə SPA, fitnes və əlavə xidmətlərdə 50% endirim tətbiq olunur. Əgər marşrut Avropa ölkələrindən keçirsə, mütləq multivizalar lazım olunur. Paketlərdə aviabilet, marşrut üzrə viza xidmətləri, qidalanma və yaşayış daxil edilir. Digər əyləncə sahələri isə bəzən əlavə ödəniş tələb edə bilər. Hər bir halda müştəriyə bütün qiymət siyasəti və paket detalları tam şəkildə təqdim olunur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Sentyabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri