Icma.az
close
up
RU
Murad Ağabəyli: Xarici turistlərin qoruqlarımıza marağı artır FOTOLAR

Murad Ağabəyli: Xarici turistlərin qoruqlarımıza marağı artır FOTOLAR

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu sözləri DTA-nın Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli "Palçıq Vulkanları" Turizm Kompleksində baş tutan təqdimatda dilə gətirib. O bildirib ki, cari ilin ilk 9 ayında DTA-nın tabeliyindəki qoruqlar üzrə satılan biletlərdən ümumilikdə 4,8 milyon manatdan çox gəlir götürülüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur. Vəsait, öz növbəsində, qoruqların inkişafı üçün ayrılır.
Murad Ağabəylinin sözlərinə görə, Dövlət Turizm Agentliyi tərəfindən qoruqlarda yeni turizm istiqamətlərinin yaradılması mütəmadi həyata keçirilir:
"Açılışı ötən il baş tutmuş "Palçıq Vulkanları" da bu yeni turizm istiqamətlərindən biridir. Burada turistlərin məşğuliyyəti, şəraiti üçün müxtəlif fəaliyyət növləri ərsəyə gətirilir. Qoruqda həmçinin tamamilə yerli sənətkarların hazırladıqları suvenir əşyalar turistlərə təqdim olunur. Yerli sənətkarlığın inkişafına yönələn bu layihənin digər qoruqlarda da tətbiqi planlaşdırılır".
Sədr diqqətə çatdırıb ki, görülən işlər çərçivəsində Şəki şəhərindəki "Kiş" Tarix-Memarlıq Qoruğunda qədim məscid, habelə "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində bir neçə abidə hazırda bərpa olunur:
"Eyni zamanda, İsmayıllı rayonunda "Basqal" və "Lahıc" dövlət tarix-mədəniyyət qoruqları, Qubada "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda da bərpa işləri paralel şəkildə həyata keçirilir. Bu turizm nöqtələri tezliklə həm yerli, həm də xarici turistlərin ziyarətinə açılacaq".

(Kişdə alban məbədi)

(Yuxarı Baş)

(Basqal)

(Lahıc)
O xatırladıb ki, Xınalıq kəndi ötən günlərdə Ümumdünya Turizm Agentliyi tərəfindən "ən yaxşı turizm kəndi" nominasiya üzrə qalib seçilib:
"Bu, Azərbaycan üçün bir ilkdir. Belə bir vəziyyətdə Xınalığa gələcək turistlərin sayının artacağı proqnozlaşdırılır. Ölkəmizdəki başqa bir sıra kəndlərin də bu siyahıya salınması nəzərdə tutulur".


(Xınalıq)
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azvision.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri