Icma.az
close
up
RU
Turistlərin Türkiyəyə marağı niyə azalır?

Turistlərin Türkiyəyə marağı niyə azalır?

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son vaxtlar xarici turizm platformalarında “Bir daha əsla səfər etməyəcəyiniz ölkə hansıdır?” sualına verilən cavablar arasında təəssüf ki, Türkiyənin adı daha çox hallanır. Hətta bəzi istifadəçilər bu ölkəni “Avropanın Hindistanı” kimi təsvir edirlər. Bəs niyə turistlər artıq Türkiyəyə getmək istəmir?

Turizm eksperti Ceyhun Aşurov Metbuat.az-a açıqlamasında bildirib ki, Türkiyə pandemiyadan sonra turizm bazarını ən tez bərpa edən ölkələrdən biridir və ora kifayət qədər turist qəbul edir. Hətta açıqlanan rəqəmlərə görə, turizm gəlirləri də sürətlə artıb:

“Pandemiyadan əvvəl də Türkiyə ən çox turist qəbul edən ilk 10 ölkə sırasında idi. Son iki-üç ildə həm turizm gəlirlərinin, həm də ölkəyə gələn turistlərin sayının pandemiyadan əvvəlki səviyyəni üstələdiyi statistik göstəricilərdə görünür. Hazırda Türkiyənin turizmdən əldə etdiyi gəlirin təxminən 60 milyard dollara yaxın olduğu, qəbul etdiyi turist sayının isə 60 milyona yaxınlaşdığı bildirilir”.

C.Aşurovun sözlərinə görə, Türkiyəyə turizm paketlərinin qiymətləri bahalaşmaqdadır:

“Təyyarə biletləri nisbətən əlverişli olsa da, ölkədə qidalanma, otel xərcləri, minimum əmək haqqı və yüksək inflyasiya fonunda qiymətlərin dollar bazasında belə artması müşahidə olunur. Bu artım tur paketlərinin qiymətlərini təxminən 50%-ə qədər bahalaşdırıb. Nəticədə Azərbaycan bazarından Türkiyəyə gedən turistlərin sayında 30%-ə yaxın azalma qeydə alınıb və bunun əsas səbəbi məhz qiymətlərin yüksəlməsidir”.

Ekspert qeyd edib ki, bütün bunlara baxmayaraq, Türkiyə turizm bazarını aktiv şəkildə çeşidləndirir:

“Xüsusilə pandemiya dövründə digər ölkələr məhdudiyyətlər tətbiq etdiyi halda, Türkiyənin sərhədləri daha tez açması və baryerləri qaldırması turist axınını artırdı. Bu gün də vizaların sadələşdirilməsi, Türk Hava Yollarının liberal addımları kimi faktorlar Türkiyəyə turist gəlişini artırmağa davam edir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Noyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri