Icma.az
close
up
RU
Azərbaycanlılar dünyanın bir nömrəli xalqına çevriliblər Zahid Oruc

Azərbaycanlılar dünyanın bir nömrəli xalqına çevriliblər Zahid Oruc

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan xalqının lideri İlham Əliyev heç bir dünyəvi ada, titula iddia etmədən, öz millətinin xilaskarı kimi çıxış edərək qlobal layları tərpətməyi bacardı. BMT qərarını həyata keçirib sonra Baş Katibini qalibiyyət paytaxtına gətirən tək rəhbər oldu. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Zahid Oruc parlamentin bugünkü plenar ixclasında çıxışı zasmanı deyib.

“1927-ci ildən başlayaraq, nüfuzlu  “Time” jurnalı "İlin Adamı"nı elan edir. 100 illik mükafatçılar sırasında Ruzvelt, Stalin, Çan Kayşi və onlarla dövlət rəhbərləri ilə yanaşı, İraqa və Əfqanıstana qoşun yeridən liderlərin də adları  var. Lakin bizi çoxmilyonlu dərginin əsaslandığı seçimin meyarları deyil, SSRİ-nin dağılmasında və yeni dünya təhlükəsizliyinin qurulmasında müstəsna rol oynayan Qarabağ konfliktini həll edən bir liderə ədalətli qiymətin verilməsi düşündürür.

Yaxşı xatırlayırıq ki, 1989-cu ilin 25 dekabrında “Newsweek” jurnalı üz qabığını “İlin xalqının azadlığı üçün ayağa durun” sərlövhəsi ilə bəzəyərək, azərbaycanlıları dünyaya nümunə göstərmişdi. Əlbəttə, məqsəd əsla millətimizin müstəqillik mübarizəsinə dəstək deyil, Sovetlər Birliyinin dağılmasına təkan vermək idi. Cəmi 3 il sonra nəinki Amerika mediası, o cümlədən, qlobal Qərb mətbuatı xalqımızı ermənilərə qarşı çoxsaylı milli-dini cinayətlərdə ittiham edərək, ona qarşı sanksiyalara çağırırdılar. 

Uzun illər meydanlarda millətin gələcəyini istismar edənlər “Newsweek” jurnalının üzünü görmədikləri qərarını öz nailiyyətləri kimi təqdim edərək, “ilin xalqı”nı bir milyonluq köçkünə, ölkəsini çadırlar və çiy kərpiclər məmləkətinə çevirdilər. 2022-ci ildə də eyni üsulla Konqres, Bundestaq və Senat binalarında şərəfinə titutllu sözlər və mükafatlar yağdırılan Vladimir Zelenskini Çörçildən böyük elan edib məğrur ukrayna xalqını didərginə, ərazisini xarabazarlığa çevirdilər.

Ona görə Azərbaycan xalqının lideri İlham Əliyev heç bir dünyəvi ada, titula iddia etmədən, öz millətinin xilaskarı kimi çıxış edərək, qlobal layları tərpətməyi bacardı. BMT qərarını həyata keçirib sonra Baş Katibini qalibiyyət paytaxtına gətirən tək rəhbər oldu. 

Ona görə də biz “Time jurnalı”nın Azərbaycan liderini və xalqını 2024-cü ilin qalibi elan etməsini gözləmirik. Lakin İlham Əliyevin qələbəsi Ağ Ev, Yelisey və Brüsseldən  icazəsiz qazanıldığı üçün qlobal müharibə partiyası, onun mətbuat şəbəkəsi ölkə rəhbərinə qarşı çirkli kampaniya aparır. Qələbəmizi əlimizdən almağa, mümkün olmadıqda onu ləkələməyə çalışanlar qorxurlar ki, İlham Əliyevi ilin adamı elan etsələr,  əsarətə və işğala məruz qalan bütün xaqlara lider nümunəsi, millətlərə parlaq simvol verərlər. 

Zəfərdən sonra bütün qitələri, dinləri və mədəniyyətləri İqlim Zirvəsinə toplayan dövlət başçısı dünyadakı siyasi böhranlara və nüvə təhülkəsinə yol verməmək üçün hamını sülhə çağırır.

Bəli, azərbacanlılar 1989-cu ildə deyil, məhz indi, çoxəsrlik məğlubiyyət və köçkünlük tarixini yendikdən sonra dünyanın bir nömrəli xalqına çevriliblər. Türk dünyası, müsəlman aləmi, nəhayət, ədalət tərəfdarı olan hər bir insan Qələbəmizi özününkü saya bilər. Əsl "Time" bir ilin deyil, bir əsrin Lideri olmaqdır!”,-o deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri