Icma.az
close
up
RU
Azərbaycanlılar dünyanın bir nömrəli xalqına çevriliblər Zahid Oruc

Azərbaycanlılar dünyanın bir nömrəli xalqına çevriliblər Zahid Oruc

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan xalqının lideri İlham Əliyev heç bir dünyəvi ada, titula iddia etmədən, öz millətinin xilaskarı kimi çıxış edərək qlobal layları tərpətməyi bacardı. BMT qərarını həyata keçirib sonra Baş Katibini qalibiyyət paytaxtına gətirən tək rəhbər oldu. 

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Zahid Oruc parlamentin bugünkü plenar ixclasında çıxışı zasmanı deyib.

“1927-ci ildən başlayaraq, nüfuzlu  “Time” jurnalı “İlin Adamı”nı elan edir. 100 illik mükafatçılar sırasında Ruzvelt, Stalin, Çan Kayşi və onlarla dövlət rəhbərləri ilə yanaşı, İraqa və Əfqanıstana qoşun yeridən liderlərin də adları  var. Lakin bizi çoxmilyonlu dərginin əsaslandığı seçimin meyarları deyil, SSRİ-nin dağılmasında və yeni dünya təhlükəsizliyinin qurulmasında müstəsna rol oynayan Qarabağ konfliktini həll edən bir liderə ədalətli qiymətin verilməsi düşündürür.

Yaxşı xatırlayırıq ki, 1989-cu ilin 25 dekabrında “Newsweek” jurnalı üz qabığını “İlin xalqının azadlığı üçün ayağa durun” sərlövhəsi ilə bəzəyərək, azərbaycanlıları dünyaya nümunə göstərmişdi. Əlbəttə, məqsəd əsla millətimizin müstəqillik mübarizəsinə dəstək deyil, Sovetlər Birliyinin dağılmasına təkan vermək idi. Cəmi 3 il sonra nəinki Amerika mediası, o cümlədən, qlobal Qərb mətbuatı xalqımızı ermənilərə qarşı çoxsaylı milli-dini cinayətlərdə ittiham edərək, ona qarşı sanksiyalara çağırırdılar.

Uzun illər meydanlarda millətin gələcəyini istismar edənlər “Newsweek” jurnalının üzünü görmədikləri qərarını öz nailiyyətləri kimi təqdim edərək, “ilin xalqı”nı bir milyonluq köçkünə, ölkəsini çadırlar və çiy kərpiclər məmləkətinə çevirdilər. 2022-ci ildə də eyni üsulla Konqres, Bundestaq və Senat binalarında şərəfinə titutllu sözlər və mükafatlar yağdırılan Vladimir Zelenskini Çörçildən böyük elan edib məğrur ukrayna xalqını didərginə, ərazisini xarabazarlığa çevirdilər.

Ona görə Azərbaycan xalqının lideri İlham Əliyev heç bir dünyəvi ada, titula iddia etmədən, öz millətinin xilaskarı kimi çıxış edərək, qlobal layları tərpətməyi bacardı. BMT qərarını həyata keçirib sonra Baş Katibini qalibiyyət paytaxtına gətirən tək rəhbər oldu.

Ona görə də biz “Time jurnalı”nın Azərbaycan liderini və xalqını 2024-cü ilin qalibi elan etməsini gözləmirik. Lakin İlham Əliyevin qələbəsi Ağ Ev, Yelisey və Brüsseldən  icazəsiz qazanıldığı üçün qlobal müharibə partiyası, onun mətbuat şəbəkəsi ölkə rəhbərinə qarşı çirkli kampaniya aparır. Qələbəmizi əlimizdən almağa, mümkün olmadıqda onu ləkələməyə çalışanlar qorxurlar ki, İlham Əliyevi ilin adamı elan etsələr,  əsarətə və işğala məruz qalan bütün xaqlara lider nümunəsi, millətlərə parlaq simvol verərlər.

Zəfərdən sonra bütün qitələri, dinləri və mədəniyyətləri İqlim Zirvəsinə toplayan dövlət başçısı dünyadakı siyasi böhranlara və nüvə təhülkəsinə yol verməmək üçün hamını sülhə çağırır.

Bəli, azərbacanlılar 1989-cu ildə deyil, məhz indi, çoxəsrlik məğlubiyyət və köçkünlük tarixini yendikdən sonra dünyanın bir nömrəli xalqına çevriliblər. Türk dünyası, müsəlman aləmi, nəhayət, ədalət tərəfdarı olan hər bir insan Qələbəmizi özününkü saya bilər. Əsl “Time” bir ilin deyil, bir əsrin Lideri olmaqdır!”,-o deyib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Noyabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri