Hüseynovlar rus kəşfiyyatının alətinə çevriliblər
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün hər kəsə aydındır ki, Mehman və Emin Hüseynov qardaşları bilərəkdən Rusiya xüsusi xidmət orqanlarının Azərbaycana qarşı informasiya hücumunun alətinə çevriliblər. “Qərb-Avropa” mövqeləri sadəcə onların “əfsanəsi” üçün bir maskalanmadır.
Axar.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
“Aydındır ki, bizim həbsxanada “yurd salmış”, Rusiya elitasının “maliyyə çamaşırxanası” olan Vardanyan haqqında film Kremlin kölələrin zəhməti ilə qazanılmış nailiyyətlərinə təhdid siqnalına çevrilib.
Düşünürəm ki, hökmdən sonra artıq himayədarlarına etibar etməməli olduğuna əmin olan Vardanyan rəqəmlər və tarixlərlə daha çox sənədli şəkildə danışacaq. Üstəlik, bu “səmimilik” çox güman ki, Rusiyada siyasi mənzərədə dəyişiklik etməyə hazırlaşanlar üçün əsas təbliğat tətikləyicisinə çevriləcək.
Epşteyn kimi Vardanyanın da sənədləri studiyaya gəlsin. Gözləyirik!” - Zülfüqarov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 18 Fevral 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















