Azərbaycanlılar hansı ölkələrə gedib? İrana səfərlər kəskin azalıb
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2024-cü ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 4,3 faiz artaraq 154,1 min nəfər olub.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadla xəbər verir ki, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36,5 faiz, Gürcüstana gedənlərin sayı 15,1 faiz, Türkiyəyə gedənlərin sayı 2,9 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı isə 27,3 faiz azalıb.
Bildirilib ki, Azərbaycan Respublikası vətəndaşlarının 36,1 faizi Türkiyəyə, 15,4 faizi Rusiya Federasiyasına, 11,7 faizi Gürcüstana, 10,7 faizi İrana, 26,1 faizi digər ölkələrə səfər ediblər.
Gedənlərin 67,1 faizini kişilər, 32,9 faizini qadınlar təşkil edib. 2025-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,7 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 25 Fevral 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















