“Azərbaycanlılar olmasaydı, Rusiya bazarında puç qozdan başqa heç nə tapılmazdı” Video
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Real TV”nin “Başdan başa” proqramının növbəti buraxılışı yayımlanıb. Aparıcı Sərdar Amin bu dəfə Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin orada yaşayan azərbaycanlılara qarşı işlətdiyi ifadələrə sərt reaksiya verib.
“Qafqazinfo”nun məlumatına görə, S.Amin Azərbaycanın təkcə Rusiyaya işləməyə gedən ticarətçilərlə təmsil olunmadığını vurğulayıb.
Aparıcı həmvətənlərimizin böyük ziyalı və biznes sahibləri kimi tanındığını da qeyd edib.
“Bazar adamı” kimi aşağılanan soydaşlarımız olmasaydı, Rusiya bazarında puç qozdan başqa heç nə tapılmazdı”,- jurnalist qeyd edib.
Aparıcı proqram zamanı amerikalı milyarder İlon Maskın USAID-lə bağlı açıqlamasına da diqqət çəkib.
Ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 14 Fevral 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















