Icma.az
close
up
RU
Azərbaycanlılara çağırış: Putinin imzaladığı bu qanundan yan keçin!

Azərbaycanlılara çağırış: Putinin imzaladığı bu qanundan yan keçin!

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya prezidenti Vladimir Putin vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyası Silahlı Qüvvələrində müqavilə əsasında hərbi xidmət keçməsinə imkan verən qanunu imzalayıb. Yeni qanun “Hərbi vəzifə və hərbi xidmət haqqında” federal qanuna dəyişiklik edir və vətəndaşlığı olmayan şəxslərə Rusiya ordusunda və digər hərbi birləşmələrdə xidmət etmək hüququ verir.

“Rusiya cəmiyyətində narazılıq artdığından Putin belə qanun qəbul edib”

Modern.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı bildirib ki, Putinin qəbul etdiyi bu qanun sırf müharibəyə hesablanıb:

“Çünki müharibə uzandıqca, Rusiya cəmiyyətində də narazılıq artır. Ona görə də bu qanun əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlığa qəbul edilməsi və nəticədə həmin şəxslərin hərbi xidmət keçmə və gələcəkdə Ukrayna cəbhəsində "ət maşını" kimi istifadə olunmasına xidmət edir”.

Q.Osmanlı Rusiyadakı azərbaycanlılara çağırış edib:

“Ukrayna cəbhəsində gedib ölmək istəmirlərsə, soydaşlarımız bu qanundan yan keçməli və ondan irəli gələn güzəştlərdən yararlanmamalıdırlar. Ona görə ki, insana can bu həyatda bir dəfə verilir. Yaşamaq hüququnu heç kim insanın əlindən ala bilməz. Putinin bu qərarı imzalaması sırf müharibədə itkilərinə görə digər ölkələrin vətəndaşları və vətəndaşlıqları olmayan insanların hesabına ordunun kontingentini artırmağa xidmət edir. Ümid edirəm ki, bizim soydaşlarımız bundan vaz keçəcəklər. Amma son proseslərdə görürük ki, axır 4-5 ayda Rusiya tərəfdən döyüşən soydaşlarımız da var. Onlar da müəyyən güzəştlər müqabilində orduya daxil olub Ukrayna cəbhəsinə yollanırlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyul 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri