Icma.az
close
up
RU
Azərbaycanlıları görməzdən gəldi, ermənilərə status verdi: Qalmaqallı sənəd

Azərbaycanlıları görməzdən gəldi, ermənilərə status verdi: Qalmaqallı sənəd

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında imzalanan “Tərəfdaşıq Gündəliyi” sənədi Bakı-İrəvan xəttində müəyyən narazılıqlara səbəb olub. Razılaşmada Qarabağ ermənilərinin “yurdlarından didərgin düşmüş qaçqınlar” kimi təqdim edilməsi və onlara “sosial qayğı”nın göstəriləcəyi ilə bağlı nüanslar Bakıda narazılıqla qarşılanır.

Analitiklərin fikrincə, bu, Azərbaycanın ittiham edilməsi və regional sülhün formalaşdırılması istiqamətində davam edən prosesə xələl yetirə biləcək cəhdlər kimi qiymətləndirilir.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında imzalanmış “Tərəfdaşlıq Gündəliyi” sənədi formal olaraq ikitərəfli əməkdaşlıq çərçivəsində təqdim edilsə də, məzmununda yer alan bəzi müddəalar Bakı–İrəvan xəttində etimad quruculuğu prosesinə zərbə vurur:

“Xüsusilə sənəddə Avropa İttifaqının “Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağdan didərgin düşmüş ermənilərin ehtiyaclarının ödənilməsinə və sosial-iqtisadi inteqrasiyasının təşviqinə xüsusi diqqət yetirəcəyi” barədə ifadə, təkcə siyasi qərəzin deyil, həm də hüquqi manipulyasiyanın açıq göstəricisidir.

Bu yanaşma ilk növbədə münaqişənin hüquqi-siyasi mahiyyətinin təhrif olunması cəhdidir. Azərbaycan öz suveren ərazilərində, beynəlxalq hüququn tanıdığı sərhədlər daxilində antiterror və konstitusiya quruluşunun bərpası tədbirləri həyata keçirib. Bu fakt BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları və beynəlxalq ictimaiyyətin de-fakto tanıdığı reallıqlarla təsdiqlənir. Belə olan halda, Azərbaycanın öz ərazisində həyata keçirdiyi legitim tədbirlərin “didərginlik” narrativi ilə təqdim edilməsi hüquqi baxımdan əsassız, siyasi baxımdan isə təhlükəli presedent yaradır.

Aİ sənəddə istifadə etdiyi terminologiya ilə faktiki olaraq Ermənistanın illərdir apardığı məsuliyyətdən yayınma siyasətinə dolayı legitimlik qazandırır. Söhbət təkcə Qarabağdan könüllü şəkildə çıxmış erməni əhalisindən getmir; bu yanaşma həm də 30 ilə yaxın müddətdə Ermənistanın işğal siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının taleyinin tamamilə görməzdən gəlinməsi deməkdir. İttifaqın bu selektiv humanizm yanaşması ikili standartların növbəti təzahürüdür”.


Elçin Mirzəbəyli

Deputatın sözlərinə görə, belə sənədlər regionda davam edən sülh danışıqları üçün “geosiyasi mina” funksiyası daşıyır:

“Azərbaycanla Ermənistan arasında normallaşma prosesi qarşılıqlı suverenliyin tanınması, ərazi bütövlüyünə hörmət və daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulmalıdır. Aİ-nin isə tərəflərdən birinin mövqeyini faktiki olaraq ittiham dili ilə sənədləşdirməsi tərəfdaş statusu ilə ziddiyyət təşkil edir.

Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağdan könüllü çıxmış erməni sakinlərin hüquq və təhlükəsizliyi təmin olunub və onlar Azərbaycan vətəndaşlığını qəbul etməklə reinteqrasiya prosesinə qoşula bilərlər. Bu, beynəlxalq hüququn qəbul etdiyi yeganə legitim yoldur. Ermənistanın və onun xarici havadarlarının “qaçqın” statusu üzərindən siyasi kapital toplamaq cəhdləri isə revanşizmi qidalandırmaqdan və regionda uzunmüddətli sabitliyə zərbə vurmaqdan başqa məqsəd daşımır.

Nəticə etibarilə, Aİ – Ermənistan “Tərəfdaşlıq Gündəliyi”ndə yer alan bu müddəa sülhə xidmət etmir, əksinə, Bakı–İrəvan xəttində etimadı aşındırır və Avropa İttifaqının Cənubi Qafqazda obyektiv aktor olmaq iddiasını ciddi sual altına alır. Əgər Brüssel regionda real və davamlı sülh istəyirsə, o zaman hüquqi reallıqları təhrif edən, tərəflərdən birini hədəfə alan siyasi ritorikadan imtina etməli və beynəlxalq hüquqa əsaslanan balanslı mövqe nümayiş etdirməlidir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri