Icma.az
close
up
RU
Qalmaqallı imtahanda qalmaqallı SON

Qalmaqallı imtahanda qalmaqallı SON

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, 25-27 iyun tarixlərində lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada təşkil edilən qəbul imtahanının nəticələri açıqlanıb.

"Cebheinfo.az" Təhsil İnstitutuna istinadən xəbər verir ki, nəticələr iştirakçıların şəxsi kabinetlərinə göndərilib. 

Bildirilib ki, ümumilikdə 29 375 şagird qeydiyyatdan keçib. Ölkə üzrə 52 müxtəlif mərkəzdə 26 619 şagirdin iştirakı ilə imtahan prosesi uğurla təşkil edilib.

İmtahanın gedişində qayda pozuntuları aşkar edilib, məsul şəxslər tərəfindən aktlaşdırılıb və pozuntuya yol verən şagirdlərin nəticələri təlimata uyğun olaraq ləğv edilib. 

Nəticələrin daha detallı təhlili zamanı uyğunsuzluqlar aşkar edilib, imtahan zallarındakı müşahidə kameralarının görüntülərinə, mərkəz rəhbərləri və sinif nəzarətçilərinin protokollarına, şagirdlərin cavab kartlarına baxılıb və yekun olaraq təxminən 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb. 

Araşdırmanın aparılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunda müvafiq komissiya yaradılıb. Bu proses şagird və valideynlərin iştirakı ilə həyata keçiriləcək. Nəticələrlə bağlı müraciətlər 3 iş günü ərzində [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.

“Cebheinfo.az” xəbər verir ki, sözügedən imtahan  ümumilikdə qalmaqallarla yadda qalıb.

Belə ki, əvvəlcə lisey və gimnaziyaların 5 və 6-cı siniflərə mərkəzləşdirilmiş qaydada imtahan ləvğ edilib. Valideynlərin kütləvi narazılığından, etiraz aksiyalarından sonra bu tədris ili üçün istisna olaraq 5 və 6-cı siniflərə də qəbul imtahanı keçirilib. 

Bu dəfə də imtahanın gedişi ilə bağlı narazılıq yaranıb. Belə ki, sosial şəbəkələrdə imtahan suallarının bəzi kurslara satıldığı, bəzi şagirdlərin 1 saat müddətinə sualları cavablandırdığı və buna görə də yüksək bal topladığı iddiaları ortaya çıxdı. Təhsil İnstitutunda iddalarla bağlı araşdırmalar başladı. 

Valideynlərin “Cebheinfo.az”-a verdiyi məlumata görə, maksimum 50 baldan 45 bal toplayan şagirdlərin nəticələrinin yenidən araşdırılması barədə valideynlərə müvafiq mesaj göndərilib və əlaqə  saxlanılması üçün mobil nömrə təqdim olunub. 

Elnarə
“Cebheinfo.az”

Açar sözlər: imtahan qalmaqal qəbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyul 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri