Icma.az
close
up
RU
Azərbaycanlıların Everest fəthi günü: İsrafil Aşurlu və Elmira Aslanova

Azərbaycanlıların Everest fəthi günü: İsrafil Aşurlu və Elmira Aslanova

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Artıq bu gerçəyi bilməyən yoxdur: Dünyada Everest, Comolunqma,  Saqarmatxa adları ilə ilə tanına zirvə Himalay dağlarının Mahalanqur Himal silsiləsində yerləşir və bu zirvə yer səthinin dəniz səviyyəsindən ən yüksək məsafəyə çatdığı nöqtədir. Çin və Nepal arasında yerləşir.


1954-cü ildə Hindistan alimləri Everestin hündürlüyünün 8848 metr olduğunu müəyyənləşdirdilər və o vaxtdan bu, elmi cəhətdən əsaslandırılmış dəlil kimi qəbul olundu. Buna baxmayaraq, Çinin ürəyi sakitləşmədi və zirvə Çin komandası tərəfindən 1975-ci ildə yenidən ölçüldü və hündürlük təsdiqləndi.Yeri gəlmişkən, Everest dağı Nepal dilində “Səma ilahəsi” mənasını verən «Sagarmatxa» adlanır və Tibet dilində “Müqəddəs Ana” mənasını verən "Çomolunqma" kimi tanınır.

Planetimizin ən maraqlı yerlərindən biridir və hər alpinistin zirvəsini fəth etmək istədiyi dağdır, lakin hamının bildiyi kimi, bura dırmaşmaq son dərəcə riskli və çətindir. Elə o zirvəni fəht edən alpinistlər də deyirmiş ki, Everestin zirvəsinə qalxmaq onlar üçün böyük nailiyyət və bənzərsiz həzzdir.  Amma deyilənə görə, dağın 25.000 futdan yuxarı ərazisi təhlükəli şəraitə görə "Ölüm zonası" adlandırılıb. Yəni, göz görəsi, peşəkar olmayan alpinist hər an ölümə yaxalana bilər. Dağda 300-ə yaxın insan həlak olub.
Everestə qalxmağa cəhd edən alpinistlərin təxminən 2%-i ölüb. Bu, Everesti dünyanın 7-ci ən ölümcül dağı edir. Dağ həm də “dünyanın ən hündür qəbiristanlığı” kimi tanınır.Bütün bu təhlükələrə baxmayaraq zirvəyə qalxmağı bacaran ilk insanlar 29 may 1953-cü ildə Edmund Hillart və Tenzing Norgay olub. Everest zirvəsini fəth edən ilk azərbaycanlı alpinist isə İsrafil Aşurlu olub.
ci ilin mart ayının sonlarında "AlpIndustria" kompaniyasının "Yeddi zirvə klubu" proyekti çərçivəsində beynəlxalq eskpedisiya təşkil olunur. Ekspedisiyaya dünya şöhrətli alpinist Aleksandr Abramov rəhbərlik edir. Qrupda isə 17 alpinist, 4 bələdçi və 1 həkim yer alır. Komandanın üzvü İsrafil Aşurlı 19 mayda Bakı vaxtı ilə saat 02:30 radələrində , 7 nəfərdən ibarət qrupla Everestin zirvəsinə çatır. Dünyanın ən hündür nöqtəsinə Azərbaycan bayrağını sancan həmyerlimiz Everestə qalxa bilmiş ilk azərbaycanlı kimi tarixə düşür. İndi Everest fatehi kimdir, onu tanıdaq: İsrafil Aşurlı 1969-cu ilin 16 yanvarında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olmuşdur.
İsrafil Aşurlı 1991-ci ildə "İnsol" şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur.
1955-Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır.
 Bu Aşurlu sizə elə belə , sıradan biri kimi gəlməsin, haa. Evereste qalxana qədər xeyli müxtəlif ölçüdə, hündürlükdə zirvələr fəht edib, professionallıq qazanandan sonra Evereste dırmaşa bilib. Daha dəqiq , bizim igid nağıllarda deyildiyi kimi, Evereste qədər 6 dağ aşıb və 7-ci dağı aşandan sonra arzularına  çatıb. Çünki hələ məktəb illərindən arzulayırmiş ki, dünyanın 14 ən hündür zirvəsinə dırmaşsın! Dırmaşıb:

1.2001 — Kilimancaro — (5895 m) — Afrikada,
2.2002 — Kostyuşko (2228 m) — Avstraliyada,
3.2003 — Elbrus (5642 m) — Avropada (ümumilikdə 32 dəfə),
4.2004 — Akonkaqua (6962 m) — Cənubi Amerikada,
5.2005 — Mak-Kinli (Denali 6194 m)— Şimali Amerikada,
6.2005 — Vinson massivi (4892 m) — Antarktidada,
7.2007 — Comolunqma (Everest) (8848 m) — Asiyada.

Everesti fəht edəndən sonra daha da həvəslənib və yeni siyahı tutub ki, yeni zirvələr fəht etməlidir.

2009-cu ildə Qələbə (7439 m),

2011-ci ildə Kançencanqa (8586 m),

2019-cu ildə isə Lxotze (8516 m) və Manaslu (8163 m)

zirvələrinə çıxıb, keçmiş SSRİ-nin beş ən hündür zirvəsinin hamısını fəth edərək "Qar bəbiri" fəxri adını qazanan ilk azərbaycanlıdır.
 Fatehlikdən doymayan həmyerlimiz sonuncu dəfə -

2023-cü ilin mayında Nepalda yerləşən Makalu zirvəsini fəth edib.

Elə orda da Azərbaycanın Bayrağını dalğalandırıb. Bu zirvə də elə belə zirvə deyil haaa... hündürlüyü 8 min 485 metr olan Makalu səkkizminlik zirvələr arasında ən çox çətinlik yaradan dağ hesab olunur və ekspedisiyaların ancaq 30 faizi uğur qazana bilir.
2023-cü ildə İsrafil qardaşımız Pakistanda yerləşən, dünyanın ən hündür zirvələrindən biri olan Nanqaparbatı fəth etmək istəyini həyata keçirmək ümidi ilə orada olur. Komanda yola düşür. 8 125 metrlik zirvəyə qalxmağı hədəfləyən alpinistlərdən biri polşalı Pavel Kopets hündürlük xəstəliyindən dünyasını dəyişir. Daha bir alpinist isə görmə qabiliyyətini itirir və hündürlükdə köməksiz qalır. Təsəvvür edin, 7 300 metr hündürlükdə!Söhbət pakistanlı Asif Bhattidən gedir.  İyulun 3-də xilasedici helikopter pis hava şəraiti səbəbindən oraya uça bilməyib. Böyük bir arzusunu reallışdırmağa çox yaxın olan Aşurlu həyatını təhlükəyə ataraq Asif Bhattiyə kömək etmək qərarına gəlib.
Azərbaycanlı alpinist pakistanlı həmkarını 6 800 metr yüksəklikdəki üçüncü düşərgəyə endirməyi bacarıb. Pakistan qardaşdır axı...
Bu məlumatı isə rus alpinist Sergey Kofanov yayıb:”İsrafil Aşurlı qəhrəmandır. O, Asifi arxada qoymadı, bununla öz həyatını riskə atdı”.
Bəli həmin gün dünya mətbuatı Everesti fəth etmiş ilk azərbaycanlı alpinist İsrafil Aşurlunun qəhrəmanlığından yazdı.
Xatırladaq ki, İsrafil Aşurlu Şimal qütbünü də fəht edən ilk azərbaycanlıdır.
Qeyd edək ki, 2023-cü il 19 may tarixində Azərbaycan əsilli Ukrayna vətəndaşı Elmira Aslanova dünyanın ən yüksək zirvəsi olan Everesti (8848 m) fəth edib. Beləliklə, o, "Dünyanın damını" fəth edən ilk azərbaycanlı qadın olub.

P.S. Hər adam Everesti fəht edə bilməz! AzərbaycanlıHər adam da 7000 metrlik hündürlükdykən  başqasının həyatını önəmsəməz!  Əslində bir insanı öz arzu və karyeranı məhv edərək xilas etmək elə 2-ci dəfə Everesti fəht  etmək qədər böyük işdir!

Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 May 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri