Icma.az
close
up
RU
Elmira Aslanova: Zirvədən enərkən oksigenim demək olar ki, tükənmişdi Müsahibə

Elmira Aslanova: Zirvədən enərkən oksigenim demək olar ki, tükənmişdi Müsahibə

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Everesti fəth edən ilk azərbaycanlı qadın Elmira Aslanova apasport.az-a müsahibə verib. 

- İlk dəfə Everestə qalxanda nə hiss etdiniz? Sizi ən çox nə həyəcanlandırdı?

- Zirvəyə çatanda çox böyük bir sevinc yaşadım, amma o anda sevincim daha çox beynimdə idi. Hələ tam olaraq  nə baş verdiyinin fərqində deyildim. Bilirdim ki, hələ enmək, oksigeni qorumaq lazımdır. Amma özümə söz vermişdim ki, əgər Everestin zirvəsinə çatarsam, mütləq özümə vaxt verəcəyəm ki, o anı hiss edim. Sadəcə orada olum, baxım və anlayım ki, mən dünyanın zirvəsindəyəm. Belə də etdim – 15-20 dəqiqə sadəcə oturdum və bu anı yaddaşımda əbədiləşdirməyə çalışdım.

- Everestə yüksəlmək fikri necə yarandı? Bu qərarı vermək çətin olmadı ki?

- Bu qərarı almağım çox uzun zaman aldı. Sadəcə dağlara gedirdim, dağlarla bağlı filmlərə baxırdım. İlk dəfə “Everest” filmini görəndə çox təsirləndim. Bir tərəfdən, bu insanların həyatlarını riskə atıb bilərəkdən belə təhlükəyə getmələrini anlamırdım. Bu, bir az da ağılsızlıq kimi gəlirdi. Amma digər tərəfdən, onlar mənə sanki seçilmiş insanlar kimi gəlirdi. Daha çox onların hansı hissləri yaşadıqları maraqlı idi. Elə həmin andan Everest zirvəsi mənim xəyallarıma daxil oldu. Əvvəllər bu fikri heç kimlə bölüşmürdüm. Düşünürdüm ki, kiməsə desəm Everestə qalxmaq istəyirəm, mənimlə məzələnəcəklər. Amma bu fikir məni heç tərk etmədi. Nəhayət anladım ki, mən bunu – Everestə qalxmağı, həqiqətən, çox istəyirəm.

- Zirvədə sizi çox sarsıdan və ya dəyişdirən bir hadisə yaşamısınız?

- Zirvədən enərkən oksigenim demək olar ki, tükənmişdi. Əlavə oksigen balonu olan şerpa isə məndən xeyli irəlidə idi. O an ilk dəfə içimdə qəribə bir narahatlıq, qorxu hiss etdim. Öz-özümə sual verdim ki, “doğrudanmı, mən burada ölə bilərəm?” Dua etməyə başladım, sonra isə çalışdım sakitləşim ki, nəfəsimi idarə edim və qalan oksigeni boş yerə sərf etməyim. Həmin an içimdə böyük bir güc və dəstək hiss etdim. Mən Allaha çox inanıram və onun hər zaman mənə kömək etdiyini düşünürəm. O anda da hiss etdim ki, tək deyiləm. Oksigenim tam tükənən anda şerpama çatmağı bacardım.

-    Qadın alpinist kimi sizə qarşı stereotiplərlə üzləşmisinizmi?

- Hərdən elə fikirlər eşidirdim ki, dağlar qadınlar üçün deyil. Düzdür, bunu tez-tez eşitməmişəm, amma olub. Lakin dağlardakı təcrübəm, digər ölkələrdən olan qadın alpinistlərlə tanışlığım mənə bir şeyi göstərdi – qadınlar çox vaxt kişilərdən daha dözümlü və güclü olurlar. Yüksək dağlar səbr, iradə və fiziki-psixoloji davamlılıq tələb edir. Bu xüsusiyyətləri mən ən çox qadınlarda görürəm.

- Növbəti hədəfiniz nədir? Daha hansı zirvələri fəth etmək istəyirsiniz?

- Mənim növbəti hədəfim “7 Zirvə” proqramıdır... Bütün qitələrin ən yüksək zirvələrinə qalxmaq. Artıq 3 zirvəni fəth etmişəm: Kilimancaro (Afrika), Akonkagua (Cənubi Amerika), Everest (Asiya). Növbəti hədəfim isə Şimali Amerikanın ən yüksək zirvəsi olan Denali dağıdır.

- Everestdən sonra həyat fəlsəfənizdə dəyişiklik oldumu?

- Mən həmişə deyirəm ki, Everest mənə çox şey öyrətdi. Bu suala tam cavab vermək üçün ayrıca bir müsahibə lazımdır. Amma ən önəmli olan odur ki, mən sərhədlərin olmadığını anladım. Hər bir insan öz həyatını istədiyi kimi qura bilər, çox şeyə nail ola bilər. Biz öz potensialımızın yarısını belə bilmirik. Bundan başqa hər bir məqsədin əlçatan olduğunu dərk etdim. Ola bilər yol uzundur, kiçik addımlarla irəliləyirsən. Amma əsas olan hər bir məqsədə çatmaq mümkündür. Mən kitab yazmışam və hazırda o, nəşr prosesindədir. Bu kitabda Everestə gedən yolumu, yaşadıqlarımı və bütün dərk etdiklərimi oxucularla bölüşmüşəm.

- 2023-cü ildə Everestə qalxan ilk azərbaycanlı qadın olduğunuz sənədlərlə təsdiqlənib. Bununla belə, son günlərdə Everestə qalxan ikinci azərbaycanlı qadın alpinistin bəzi mənbələrdə və mətbuatda “ilk” olaraq təqdim edilməsi müəyyən qarışıqlığa səbəb olub. Bu məsələ ilə bağlı nə düşünürsünüz? Bu cür informasiya səhvləri sizi narahat edirmi və ya bu məsələyə necə yanaşırsınız?

- Mənim üçün ən önəmlisi odur ki, ölkəm mənim nailiyyətimi qəbul etsin və tanısın. İki il boyunca mən Everestə qalxan ilk azərbaycanlı qadın kimi tanınırdım, amma bir günün içində bu titul başqa bir alpinistə verildi. Bu, mənə ədalətsiz gəldi. Sosial şəbəkələrdə də bu barədə yazmışdım. İstəyirəm ki, bizim qızlar da yüksək dağlara getsinlər, bu yolda mən hər zaman dəstək olmağa hazıram. Amma hesab edirəm ki, mənim Everestə qalxmağım Azərbaycan qadın alpinizminə təsir edib. Bu yolun bir parçası kimi istəyirəm ki, mənim töhfəm qiymətləndirilsin. Hazırda Azərbaycan Gənclər və İdman Nazirliyi, Alpinistlər Federasiyası və sadə insanlar tərəfindən çox böyük dəstək hiss edirəm. Buna görə hər birinə ürəkdən təşəkkür edirəm.

"Sumqayıt"ın yarımmüdafiəçisi yığmaya dəvət alıb "Sabah"ın legioneri milliyə çağırılıb Region Liqasında III yer uğrunda oyunun və final görüşünün təyinatları açıqlanıb AFFA "Neftçi"nin şikayətini təmin etməyib II Liqa: Çempion bəlli olur
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://apasport.az
archiveBu xəbər 21 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see142

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see136

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see135

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see134

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see134

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see129

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see126

Aİ Qəzzada dərhal atəşkəsə və girovların azad edilməsinə çağırıb

04 Oktyabr 2025 14:33see125

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see124

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see123

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see122

Azərbaycanın 5 güləşçisi medal qazanıb YENİLƏNİB 2

04 Oktyabr 2025 18:53see122

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see122

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see122

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see121

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see121

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see121

Marketlərdən bu məhsulları almayın Ekspertdən xəbərdarlıq

04 Oktyabr 2025 19:00see120

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see120

90 cı illərin məşhur qrupu bu şəxsə görə dağılıb Çelik ŞOK ADI açıqladı

04 Oktyabr 2025 21:34see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri