Icma.az
close
up
RU
Azərbaycanlıların öldürdüyü deyilən polkovniklə bağlı senasion iddia

Azərbaycanlıların öldürdüyü deyilən polkovniklə bağlı senasion iddia

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İvan Voroniçin “Şimal axını”nda partlayışın təşkilində iştirak edib.

Kiyevdə öldürülən Ukrayna Hərbi Kəşfiyyatının polkovniki İvan Voroniçlə bağlı yerni senasion iddia yayılıb.

Musavat.com “The Times”a istinadən xəbər verir ki, Voroniçin 2022-ci ilin sonunda “Şimal axını” qaz kəmərlərində partlayışların təşkilində iştirak edib. Nəşr onu təcrübəli kəşfiyyatçı kimi xarakterizə edir.

“Şimal axını” (Nord Stream)Rusiya ilə Almaniya arasında Baltik dənizinin dibi ilə çəkilən təbii qaz boru kəməridir. Layihə iki əsas kəmərdən ibarətdir: Şimal axını-1 və Şimal axını-2. Bu kəmərlər Avropaya, xüsusilə Almaniyaya və digər Qərbi Avropa ölkələrinə Rusiya qazını birbaşa çatdırmaq məqsədilə inşa olunmuşdur.

Mənbələrin bildirdiyinə görə, Voroniç 2015-ci ildə “Prizraki” qrupunun komandiri Aleksey Mozqovoyun məhv edilməsi əməliyyatının planlaşdırılmasında da iştirak edib.Voroniçin Rusiya Qara Dəniz Donanmasının gəmilərinə hücum üçün dəniz dronlarından istifadə etdiyi də bildirilir.
İvan Voroniç iyulun 10-da səhər saatlarında Kiyevin Qoloseyevski rayonunda güllələnib. O, səsboğuculu tapançadan beş dəfə atəş açılıb. Hələ o zaman Rusiya mediası öldürülən şəxsin bu ölkənin ərazilərində təxribatların təşkilində iştirak etdiyini yazırdı.
Bundan əvvəl yeni regionların inteqrasiyası üzrə koordinasiya şurasının həmsədri Volodimir Roqov Voroniçin ləğvində Ukrayna prezidenti Vladimir Zelenskinin və Britaniya kəşfiyyat xidmətlərinin əli ola biləcəyi barədə fikir bildirib. Roqov onu da qeyd edib ki, Amerika tərəfi Voroniçin Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə namizədliyini nəzərdən keçirir.
Yada salaq ki, İvan Voroniçin Kiyevdə qətlə yetirilməsində azərbaycanlı ər-arvadın iştirak etdiyi bildirilirdi.Xaqani Gülalizadə və Nərmin Quliyeva ad-soyadlı azərbaycanlıların Rusiya kəşfiyyatı tərəfindən ələ alındığı və onlara polkovnik Voroniçin qətlinin sifariş verildiyi iddia edilirdi.

Məlumata görə, Nərmin Quliyeva 15 may tarixində Moldova ilə sərhəddəki Mayaki-Udobne keçid məntəqəsindən Ukraynaya daxil olub, Xaqani Gülalizadə isə 27 fevral 2025-ci ildə eyni sərhəd məntəqəsindən keçmək istəsə də, onu Ukraynaya buraxmayıblar. İddia edilir ki, o, Ukrayna hüquq-mühafizə orqanlarının bazasında “mafiyaya bağlı şəxs” sayıldığı üçün girişinə qadağa qoyulub. Buna baxmayaraq, Gülalizadənin qanunsuz yollarla Ukrayna ərazisinə daxil olduğu vurğulanır.

İddialara görə, onlara əvvəlcə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşını izləmək, onun gündəlik marşrutu və həyat tərzi barədə məlumat toplamaq tapşırılıb. Daha sonra kuratorları onlara səsboğucu ilə təchiz olunmuş tapançanın gizlədildiyi yerin koordinatlarını verib.

Cinayətdən sonra killerlər gizlənməyə cəhd etsələr də, Ukrayna Təhlükəsizlik Xidmətinin və Ukrayna Milli Polisinin birgə fəaliyyəti nəticəsində onların yeri müəyyən olunub. İyulun 13-də səhəri keçirilən xüsusi əməliyyat zamanı killerlər silahlı müqavimət göstəriblər və həmin an zərərsizləşdiriliblər. Həmçinin qeyd edilib ki, əməliyyata Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri, general-leytenant Vasili Malyuk şəxsən rəhbərlik edib.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 İyul 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri