Icma.az
close
up
RU
Azərbaycanlıların öldürüldüyü şəhərə hindistanlıları gətirirlər

Azərbaycanlıların öldürüldüyü şəhərə hindistanlıları gətirirlər

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Rusiya işçi qüvvəsi çatışmazlığını hindistanlı miqrantlarla həll etməyə çalışır. 

"Cebheinfo.az" xəbər verir ki, Ural Ticarət və Sənaye Palatasının rəhbəri Andrey Besedin Rusiyanın ixtisaslı işçi çatışmazlığını aradan qaldırmaq üçün Hindistandan 1 milyon mütəxəssisin gələcəyini açıqlayıb. 

Məlumata görə, ilin sonuna qədər Rusiyaya, xüsusilə Sverdlovsk bölgəsinə hindistanlı mütəxəssislərin gələcəyi gözlənilir. Bu çərçivədə Yekaterinburqda (bu şəhərdə son zamanlar azərbaycanlı miqrantlara qarşı zorakılıq əməlləri qeydə alınıb, iki nəfər ölüb, həbs olunanlar var-red.) yeni Hindistan Baş Konsulluğunun açılacağı bildirilib. Besedin qeyd edib ki, Rusiya sənaye müəssisələri istehsal güclərini artırmağa ehtiyac duyur, lakin ciddi işçi qüvvəsi çatışmazlığı yaşanır. 

İki əsas problem qeyd olunub: Bir tərəfdən bir çox ixtisaslı işçinin Ukraynadakı hərbi əməliyyatlara cəlb olunması, digər tərəfdən gənc nəslin "ölkədə əvvəllər buraxılan ideoloji səhvlər" səbəbindən fabrik işlərinə maraq göstərməməsi. 

Plan çərçivəsində yalnız Hindistandan deyil, Şri Lanka və Şimali Koreya kimi ölkələrdən də işçi gətirilməsi üçün danışıqların aparıldığı bildirilib. Lakin Besedin bu ölkələrdən gələcək işçilərlə işləməyin asan olmayacağını da etiraf edib. 

Mütəxəssislər bu planla bağlı iki əsas narahatlığı vurğulayırlar: 

mövcud miqrantların inteqrasiya problemləri və tropik iqlimdən gələn hindistanlı işçilərin Rusiyanın sərt qış şərtlərinə uyğunlaşmaqda çətinlik çəkməsi. Bəzi analitiklər bu yanaşmanı avtomatlaşdırma və robot texnologiyalarına sərmayə yatırmaq əvəzinə ucuz işçi qüvvəsinə arxalanmaq kimi tənqid edirlər. 

Yekaterinburqda açılacaq yeni Hindistan Baş Konsulluğunun miqrant işçilərin sənədləşmə və uyğunlaşma proseslərini asanlaşdırmaqda mühüm rol oynayacağı gözlənilir. Bu inkişaf Rusiyanın əmək bazarındakı transformasiyasının və qlobal miqrasiya tendensiyalarının yeni mərhələsinin göstəricisi kimi qiymətləndirilir. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyul 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri