“The Economist”dən proqnoz: İnsanabənzər robotlar dünyanı dəyişəcək
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yaxın illərdə insanabənzər robotlar gündəlik həyatın və iqtisadiyyatın ayrılmaz hissəsinə çevriləcək.
Lent.az xəbər verir ki, bu barədə “The Economist” nəşri məlumat yayıb.
Nəşrin “The World Ahead 2027” layihəsində dərc olunan məqalədə bildirilir ki, süni intellekt və robot texnologiyalarının sürətli inkişafı humanoid robotların insan əməyini əvəz etməsinə imkan yaradacaq.
İlk mərhələdə onların ev işlərində, xüsusilə qabların yuyulması və paltarların yığılması kimi gündəlik tapşırıqlarda istifadəsi gözlənilir.
Sonrakı mərhələdə robotların fabriklərdə, xəstəxanalarda və tikinti sahələrində geniş yayılacağı proqnozlaşdırılır. Bu isə əmək bazarını, istehsalın coğrafiyasını və dünya iqtisadiyyatını ciddi şəkildə dəyişə bilər.
Məqalədə qeyd olunur ki, robotların yayılması bəzi peşələrə tələbatı azaldacaq, hətta fiziki əmək tələb edən iş yerləri də avtomatlaşdırmanın təsirinə məruz qalacaq. Nəticədə hökumətlər işçilərin hüquqlarını qorumaq və iqtisadi bərabərsizliyin qarşısını almaq üçün yeni tədbirlər görməli ola bilərlər.
“The Economist”in proqnozuna görə, ilk bir milyon humanoid robotun qarşıdakı 5-15 il ərzində ABŞ evlərində istifadəyə verilməsi mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 28 Noyabr 2026 07:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















