Icma.az
close
up
RU
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı 140 MİN MANAT

Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı 140 MİN MANAT

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın ikinci əl və yeni avtomobil bazarında ən çox tələbat görən SUV modellərindən olan "Toyota Land Cruiser Prado"nun qiymətlərində hiss olunacaq dərəcədə artım müşahidə edilir. Elan saytlarında yerləşdirilən son təkliflər göstərir ki, həm köhnə il buraxılışlı, həm də sıfır yürüşlü yeni nəsil modellərin qiyməti yüksək həddə çatıb.

“Yeni Sabah”ın araşdırmasına görə, 2010-2014-cü illərin buraxılışı olan 2.7 litrlik mühərrikli "Toyota Prado" modellərinin qiyməti 34 000 – 48 500 AZN aralığında dəyişir. Nisbətən yeni – 2018-2021-ci il model "Prado"lar üçün satıcılar artıq 70 500 – 85 000 AZN intervalında məbləğ tələb edirlər.

Siyahıda diqqət çəkən en böyük qiymət artımı isə 2026-cı il istehsalı olan tam yeni "Toyota Land Cruiser Prado" modellərində qeydə alınıb. Lənkəranda yerləşən avtosalonlarda sıfır yürüşlü 2.4 litrlik benzin mühərrikli yeni "Prado"lar 144 330 AZN-ə, 2.8 litrlik dizel mühərrikli versiyalar isə 132 430 AZN-ə təklif olunur. pizza hut

"Toyota Prado"nun yerli bazarda digər SUV modellərindən daha çox tələb görməsinin və qiymətini uzun illər qoruyub saxlamasının bir neçə əsas səbəbi var. Birincisi, modelin Asiya və Qafqaz iqliminə, eləcə də çətin yol şəraitinə davamlı ramlı (frame) kuzov quruluşudur. İkincisi, ehtiyat hissələrinin ölkənin istənilən bölgəsində rahat tapılması və usta xidmətinin əlçatanlığıdır. Eyni zamanda, "Prado" yerli sürücülər tərəfindən "likvid avtomobil" hesab olunur, yəni ikinci əl bazarında dəyərini minimum itirərək çox tez bir zamanda nağd pula çevrilə bilir.

Avtomobil ekspertləri bildirirlər ki, məhz bu texniki dözümlülük, yüksək likvidlik və brendə olan illərlə formalaşmış etibar "Toyota Prado"ya olan tələbatı hər zaman pik həddə saxlayır, bu da öz növbəsində bazar qiymətlərinin daxili dinamikada kəskin artmasına birbaşa təsir göstərir.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Oktyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri